PDF Oxu

Siyasət

  • 837

Azərbaycan ildən-ilə inkişaf edir ŞƏRH

image

Prezident İlham Əliyev 7 yanvar 2025-ci il tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycanın 2024-cü il ərzində əldə etdiyi sosial-iqtisadi nailiyyətləri geniş müzakirə edib və 2025-ci il üçün hədəfləri açıqlayıb. O, həm daxili, həm də xarici siyasət, iqtisadi inkişaf, regional layihələr və sosial sahədəki islahatlarla bağlı geniş şərhlər verib.Müsahibə zamanı Prezident İlham Əliyev 2024-cü ilin sosial-iqtisadi yekunlarını dəyərləndirib və 2025-ci il üçün proqnozlardan bəhs edib. O, ümumi daxili məhsulun 4 faizdən çox və qeyri-neft sektorunun inkişafının əsas göstərici olduğunu vurğulayıb: “İnkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır.Azərbaycan Prezidenti əlavə edib ki, müstəqil siyasət aparmaq iqtidarında olan ölkələrin sayı o qədər də çox deyil. Ölkə başçısı müsahibədə xarici siyasət sahəsəndə mühüm məsələlərə toxunub. Bildirib ki, indi heç kimə sirr deyil ki, yeni dünya nizamı formalaşdırılır.Müsahibədə dövlətimizin başçısı cənab İlham Əliyevin hər bir fikri gələcəyə yönələn çağırışdır. Qlobal problemlərin həllinə öz töhfələri ilə diqqətdə olan Azərbaycanın bu çağırışı da səsləndirildi ki, əgər hər bir ölkə öz daxili işləri ilə məşğul olsa, onda nə müharibə, nə münaqişə, nə qarşıdurma olacaq. Hərə öz sərhədləri çərçivəsində öz işi ilə məşğul olsun və başqa ölkələrin daxili işlərinə qarışmasın.

İkinci Dünya müharibəsindən sonra yaranmış sistemin artıq öz potensialını itirdiyini bildirən dövlətimizin başçısı vurğulayıb ki, bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr və sair hadisələr göstərir. “Eyni zamanda, aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran da göz qabağındadır. Yəni, bu gün Qərbin üzləşdiyi vəziyyəti ən çox tənqid edən Qərbin aparıcı ölkəsinin seçilmiş prezidentidir, haqlı olaraq tənqid edir. Çünki bu sistem artıq tükənib”, - deyə Azərbaycan Prezidenti əlavə edib.2025-ci ilin dövlət büdcəsinin fonunda Azərbaycanın iqtisadi və maliyyə imkanlarının aydın mənzərəsi təqdim olundu. Belə ki, büdcə parametrlərinin hər bir ölkənin iqtisadi potensialını əks etdirdiyini önə çəkən Prezident cənab İlham Əliyev bildirdi ki, bu ilin büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb. Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. Azərbaycan yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət sayəsində bu nəticələrə nail olub. Hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır. Yəni, iqtisadi, maliyyə məsələləri cəhətindən əgər heç kimdən asılı deyilsənsə, müstəqil siyasət apara bilərsən.İqtisadi inkişaf sosial proqramları daha fəal icra etməyə stimul verir. Artıq icrasına başlanan növbəti sosial paket bunu bir daha təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq bu il yanvarın 1-dən minimum əməkhaqqı 400 manata, minimum pensiya 320 manata çatdırılıb.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər