PDF Oxu

Siyasət

  • 485

“Xalq parlamenti” zibilə döndü ANALİZ

image

Abid Qafarov: “Tural Sadıqlının əli Leyla Məmmədovanın qanına batıb”

İstər xaricdəki antimilli ünsürlərin, istərsə də Azərbaycandakı dağıdıcı müxalifət məxluqların ermənipərəst şəbəkəyə bağlı məxluqlar olmasını sübut etmək üçün uzun-uzadı faktlar göstərməyə, sübutlar ortaya qoymağa ehtiyac yoxdur. Zatən xaricdəki antimilli ünsürlərin özləri dolayısı ilə ermənipərəst dairələrinə bağlı olduqlarını dilə gətiriblər. Orduxan Bəbirov, Qabil Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Tural Sadıqlı, Abid Qafarov, Məhəmməd Mirzəli, Süleyman Süleymanlı, Arif Məmmədov, Fikrət Hüseynli, Sevinc Osmanqızı və digər antimilli ünsürlər əsasən Fransa, İsveçrə, Hollandiya, ABŞ, Almaniya və hazırkı fars-molla rejiminin nəzarət etdiyi torpaqlarda məskunlaşıb, söyüş və təhqir elementlərini ifraz etsələr də, əsas məskunlaşdıqları mərkəz Fransadır. Yəni xaricdəki antimilli ünsürlərin fəaliyyətləri əsasən Fransa xüsusi xidmət orqanları tərəfindən həyata keçirilir. Almaniyanın nasist qüvvələri də ara-sıra azərbaycanlı mühacirlərı idarə edir və təlimatlarla yükləyir. Bəzən xaricdəki antimilli ünsürləri oyuncaq hesab olunur ki, Ermənistan xüsusi xidmət orqanları tərəfindən onlara göndərilən tezisləri də səsləndirir, status şəkilində paylaşırlar. Bu isə mübaliğəsiz təsdiq edir ki, Avropadakı antimilli ünsürlər manqurtlaşıblar. Bu manqurt yığnağı yeri gələndə yaxınlarına qarşı terror aktı törətməkdən, rəqibinin qanına bais olmaqdan çəkinməz. Daha doğrusu, artıq verilən məlumata görə, bu manqurt yığnağının əsas fəallarından olan Trol Sadıqlı rəqiblərindən olmuş Leyla Məmmədovanın ölümünə nail olub. Bu barədə xaricdəki antimilli ünsürlərin sözçülərindən olan Abid Qafarov ABŞ-da oturub, qara-qura işlər hörməklə məşğul olan Sevinc Osmanqızının TV-sinə verdiyi açıqlamasında bəyan edib. A.Qafarov T.Sadıqlının bağışlanmaz cinayət törətdiyini və buna görə də, cavab verəcəyini də söyləyib.

“L.Məmmədovanın ölümünə görə T.Sadıqlı məsuliyyət daşıyır və buna görə cavab verəcək”

Ayının min oyunu bir armudun üstündə olduğu kimi, “xalq parlamenti” şousunun qurulması da elə Leyla Məmmdovanın öldürülməsinə hesablanmışdır və bunu da T.Sadıqlı böyük həvəslə həyata keçirdi. Qanuna görə, şəxsi ölüm həddinə gətirmək cinayət məsuliyyəti yaradır. Əgər Almaniyada ədalətli cəmiyyət olsa, mütləq T.Sadıqlı haqqında cinayət işinə başlanılar və onun məhkəməyə çəkilməsinə nail olunar. Çünki ortada olan faktlara, xüsusilə də, Leyla Məmmədovanın həyat yoldaşı Natiq Məmmədovun fikirlərinə, eləcə də A.Qafarovun Sevinc Osmanıqnın TV-sinə verdiyi açıqlamasına görə, L.Məmmədovanın ölümünə T.Sadıqlı bais olub. A.Qafarov S.Osmanqızının TV-sinə verdiyi müsahibəsində deyir: “Altı saata yaxın çəkən “xalq parlamenti”nin toplantısında T.Sadıqlı, Əlövsət Əliyev, Ərəstun Oruclu, Məhəmməd Mirzəli müxtəlif təkliflərlə “parlament”in Rəyasət Heyətinin və fraksiyaların yaradılmasına mane olmağa çalışırdılar. Bu arda T.Sadıqlı onlayn müzakirələrə həyat yoldaşının telefonu ilə qatılan L.Məmmədovanın üzünü göstərməsini tələb etdi. T.Sadıqlını başa salmağa çalışdıq ki, bu, etik deyil, Leyla xanıma hörmət edilsin. O isə israr etdi və bildirdi ki, burada qaranlıq məsələlər görünür. L.Məmmədova T.Sadıqlının hərəkətlərindən bərk əsəbiləşdi və məcbur olub, kameranı açdı “bax, bu, mənəm”, - deyə üzünü göstərdi və T.Sadıqlıya səsləndi. Bu əsəbilikdən sonra L.Məmmədovanın beyninə qan sızıb və stoldan yıxılıb. Xəstəxanaya aparılsa da, L.Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb. L.Məmmədovanın ölümünə görə, T.Sadıqlı məsuliyyət daşıyır və buna görə cavab verəcək”.

“Xalq parlamenti”nin ölü doğulduğu məlum oldu

“Xalq palamenti” şousunu yaratmaq istəyən xaricdəki antimilli ünsürlər anormal addımları, açıqlamaları, başlıcası bir insanın ölümünə bais olmaqla özlərini rüsvay etmiş oldular. Bununla təsdiq olundu ki, xaricdə Fransanın, Almaniyanın xüsusi xidmət orqanlarının sifarişlərini icra edən antimilli ünsürlər bir-birini dinləmək mədəniyyətinə belə malik deyillər, söz eşitmək, məsləhətə qulaq asmaq etikasından uzadılar. Bir daha onların mədəniyyətdən, əxlaqdan kənar ünsürlər olduqları məlum oldu. Sifariş əsasında yaratmaq istədikləri, “xalq parlamenti” onların iç üzünü üzə çıxartdı. Bəlli oldu ki, bu üzdəniraq məxluqlar nə deyirlərsə və harada toplanırlarsa, oradan mənfəət əldə etməyə, pul qazanmağa ümid edirlər. İstəkləri baş tutmayanda başlayırlar bir-birini ittiham etməyə. T. Sadıqlı iki-üç ay “xalq parlamenti”ndən ağızdolusu danışır, iddialar, təkliflər irəli sürürdü. Eyni ilə Namizəd Səfərov, Röya Rəfiyeva, Məhəmməd Mirzəli, Ərəstun Oruclu, Əlövsət Əliyev, Ataxan Əbilov və digərləri “xalq parlamenti” deyilən üzüqara layihədən bəh-bəhlə ağızdolusu tərifli sözlər səsləndirirdilər. Yanvarın 11-i 2025-ci il də şounun davamı üçün Rəyasət Heyətinin, fraksiyaların və sədrin seçilməsi üçün müzakirələr aparılanda hər birinin iyrənc buynuzları və çirkdən ibarət olan iç üzləri bəlli oldu. Əlövsət Əliyev və Ərəstun Oruclu sədr seçilmək iddiasında olduqlarını və istəkləri baş tutmayacağı təqdirdə “parlamenti” tərk etməklə hədələdilər. T.Sadıqlı da sədr olmaq istədiyini dolayısı ilə nümayiş etdirməyə çalışdı, ancaq iddiasının baş tutmadığını gördükdə, “dostları”nı satqınlıqda, müxtəlif qüvvələrə işləməkdə günahlandırmağa başladı. Bütün arzularının üstündən xətt çəkildiyini, planlarının alt-üst olduğunu anladıqdan sonra T.Sadıqlı özünün “Azad söz” youtub kanalında canlı yayım açaraq dünən təriflədiyi “xalq paralmenti”ni söyüb, təhqir etməyə başladı. Bildirdi ki, “xalq parlamenti” ölü doğulmuşdur və orada bundan sonra fəaliyyətini davam etdirməyi özünə təhqir hesab edir. Bütün bunlar bir daha onu göstərir ki, istər Azərbaycandakı dağıdıcı müxalifət, istərsə də xaricdə hərəsi bir erməni lobbisinin çətiri altına sığınan antimilli ünsürlər heç zaman sağlam, mənafelərə uyğun fəaliyyət göstərə bilməyəcəklər. Çünki onların umacları kindən, kidurətdən yoğrulub.

İLHAM ƏLİYEV

Digər xəbərlər