Bu gün Gədəbəydə 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə rayonun Şəhidlər Xiyabanında ümumrayon anım mərasimi keçirilmişdir.
Ümumxalq Hüzn Günündə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, hüquq-mühafizə orqanları, idarə ,müəssisə və təşkilat kollettivləri, şəhid ailələri,müharibə iştirakçıları və rayon ictimaiyyəti “Şəhidlər xiyabanı”na gələrək şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzüb, Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, nəqliyyat vasitələrində səs siqnalları verilmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.