20-24 yanvar tarixlərində növbəti illik toplantısı keçirilən Davos İqtisadi Forumu “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında baş tutdu. Sayca 55-ci olan Forumda 60-a qədər ölkənin dövlət və hökumət başçıları, dünyanın nüfuzlu beynəlxalq təşkilatların, minə yaxın nəhəng şirkətin rəhbər şəxsləri, eləcə də vətəndaş cəmiyyətinin təmsilçiləri, media nümayəndələri iştirak edirdilər.
Azərbaycan 1995-ci ildən Davos İqtisadi Forumunda iştirak edir. Prezident İlham Əliyev 2007-ci ildən bu Foruma qatılır. Budəfəki Forumda da iştirak edən Azərbaycan Prezidenti bir sıra ölkələrin dövlət və hökumət başçıları, o cümlədən, nəhəng beynəlxalq şirkətlərin, böyük maliyyə təşkilatlarının rəhbərləri ilə görüşdü. Qeyd etmək lazımdır ki, görüşlər qarşı tərəflərin təşəbbüsü ilə baş tutdu. Bu, dövlət başçımızın beynəlxalq ictimaiyyət tərəfindən müdrik siyasətçi, qətiyyətli lider, Azərbaycanın isə dünyada söz və nüfuz sahibi olan bir respublika kimi qəbul edilməsinin sübutudur. Dünyanın bir çox dövlətləri Azərbaycanın imkanlarını yüksək qiymətləndirir və rəsmi Bakının fikirlərini nəzərə alırlar. Bu baxımdan Davos İqtisadi Forumu ölkəmizin dünya dövlətləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının yaradılması və inkişaf etdirilməsi üçün vacib platformadır. Bu gün Azərbaycan nəinki region, qlobal problemlərin həllində də önəmli dövlət hesab olunur.
Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərində vacib tərəfdaş kimi çıxış edir. Bu faktorlar ölkəmizin bu kimi mötəbər platformalarda iştirakını zəruri edir. Həmin platformalarda dövlətlərarası əməkdaşlığın perspektivləri müzakirə olunur və fərqli sahələrdə razılaşmalara imza atılır. Bu baxımdan Davos İqtisadi Forumunun Azərbaycan üçün böyük faydası var. Bu Forumun dünyadaki iqtisadi və siyasi proseslərə də böyük təsiri var. Azərbaycan 30 ilə yaxın müddətdə işğalda altında qalan torpaqlarını azad edərək regionda yeni reallıqlar yaratdı. Dünyanın böyük dövlətlərinin nəhəng şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işlərinə cəlb edilməsi məsələləri də gündəmdədir. Bu şirkətlərin həmin ərazilərə investisiya yatırmaları iqtisadi cəhətdən səmərəliliyi ilə diqqət çəkir. Davos İqtisadi Forumunda ölkəmizə göstərilən böyük maraq və qayğı sübut edir ki, Azərbaycan dünyanın üzləşdiyi problemlərin həllində böyük rol oynayır.
Kamilə Əliyeva
BDU-nun kafedra müdiri, professor
Prezident İlham Əliyev müşavirədə çıxış edib