1996-cı il fevralin 2-də Azərbaycan Gənclərin I forumunda Ümummilli Lider Heydər Əliyevin öz dərin məzmunlu nitqində demişdir: “Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kim qəbul etməlidir və öz həyatını qurarkən, özünü həyat fəaliyyətinə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən, özü haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir...”.
Məhz bu sözlər müstəqil respublikamızda gənclər siyasətinin həyata keçirilməsində dövlət orqanlarının vəzifəsinin müəyyənləşdirməsində əsas rol oynadı. Vətən müharibəsində Zəfərin qazanmasında vətənpərvərlik ruhda böyüyən gəclərin rolunu da vurğulamaq lazımdır.
Hal-hazırda biz öz qürur dövrün yaşayırıq. Zəfər dövrünü yaşamaq hər nəsilə qismət olmur. Bizə nəsib olubsa özümüzü xoşbəxt sana bilərik. Əgər ərazi bütövlüyün bərpası bizim payımıza düşübsə, demək ki, onu qoruyub saxlamaq bizim payımıza düşür. Azərbaycan gəncliyin payına düşür.
COP29 da 9000 min nəfər könüllü qeydiyyatdan keçmişdir, onlarda 3000 nəfər qebul olundu, ən sevindirici hal odur ki, 3000 nəfərdən 80% ı gənclər idi. Belə bir tədbirdə iştirak etmək təcrübə qazanmaq təbii ki, gələcəkdə gənclərin iş həyatında böyük rol oynayacaq. Gənclər aprıcı qüvvədir, hansı sahə olursa olsun. Çünki gənclərin fikri həmişə orta-yaşlı nəslinin fikirlərindən fərqli olur. Odur ki, hansi sahə olursa olsun, həmişə gənclərin fikirləri ilə bölüşülüb, onların fikrinə üstünlük verilib. Çünki Dövlətimizin bu günnü, sabahı Azərbaycan Gəncliyinin əlindədir.
Azərbaycan gəncliyinin həm öz peşə sahəsində həm siyasi-ictimayi sahədə uğurlar arzu edirəm.
Şəhla Xəlilova
YAP Yasamal rayonu Elm və Təhsil Nazirliyi, Fizika İnstitutu üzrə Ərazi Partiya Təşkilatının sədri