Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatı, Xocavənd rayon İcra Hakimiyyətinin və Xocavənd Rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə 31 yanvar 2025-ci il tarixdə rayon Təhsil şöbəsinin akt zalında “2 Fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndilməsi və Ümummilli lider Heydər Əliyevin, o cümlədən torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin xatirəsini böyük hörmət və ehtiramla yad edilməsi ilə başlamışdır.
Tədbiri giriş sözü ilə açan YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov tədbir iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, dahi Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Odur ki, Ümummilli liderimiz Heydər Əliyev 1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaratdı və gəncləri bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin Gənclər Forumu keçirildi və daha sonra Ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan gəncləri günü elan edildi. Gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin «Gənclər ili» elan edilməsi, «Azərbaycan Gəncliyi Dövlət Proqramı»nın təsdiqi, Gənclər Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi həmin işlərin bir hissəsidir.
Xocavənd rayonunda keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Vüsal Hüseynov bildirdi ki, Azərbaycan Gəncliyi 44 günlük II Qarabağ müharibəsində 30 illik torpaq həsrətinə son qoyaraq Azərbaycan gəncliyinin gününün nəyə qadir olduğunu bir daha bütün dünyaya sübut etdi.
Tədbirdə Xocavənd rayon Gənclər İdman sektorunun müdiri Aslan Quliyev və digər çıxış edənlər Ümummilli liderin əziz xatirəsi hörmətlə anaraq, onun keçdiyi şərəfli həyat yolundan, müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı, milli dövlətçilik ideyasının bərqərar olunması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə göstərdiyi əvəzsiz tarixi xidmətlərdən, gənclərlə iş sahəsində yürütdüyü siyasətdən, gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən işlərdən, əldə olunan uğurlardan bəhs edən çıxışlar etdilər.
Tədbirin sonunda 2024-cü il ərazində Yeni Azərbaycan Partiyasının fəal üzvü olaraq partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirak edən gənclər fəxri fərmanlarla, təltif edildilər.