Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Yasamal Rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri tərəfindən şəhidin məzarı ziyarət edilib, önünə tər güllər düzülüb, ruhuna dualar oxunulub.
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən əsgər Rzayev Mirsafa Mircəlal oğlu şəhadətindən sonra “Vətən uğrunda”,“Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!