Son iki yüz il ərzində tarixin elə bir mərhələsi yoxdur ki, orada ermənilərin azərbaycanlılara qarşı vəhşilikləri, soyqırımı aktları törədilməsin. Hər zaman erməni terrorçuları xarici havadarlarının siyasi, hərbi dəstəyinə arxalanaraq millətimizə qarşı dəhşətli vəhşiliklər, vandal aktları həyata keçirib, yüzlərlə yaşayış məskəni dağıdılıb, yüz minlərlə insan öldürülüb. Əsasən Rusiya imperialistləri ermənilərin bölgədə möhkəmlənməsinə və azərbaycanlılara qarşı qətliamlar həyata keçirməsinə yardımçı olub. Rusiya Türkmənçay və Ədirnə müqaviləsinin şərtlərinə istinad edərək erməniləri indiki fars-molla rejimi və Osmanlı imperiyası ərazisindən Şimali Azərbaycan ərazilərinə köçürməyə başladı. 1829-cu il sentyabrın 2-də Osmanlı 1828-ci il martın 20-də imzalanan Türkmənçay müqaviləsindən dərhal sonra Rus çarı I Nikolay “Erməni vilayəti” yaradılması barədə fərman verdi. Köçürülən erməni ailələrinə kömək etmək üçün rus dövlətinin xəzinəsindən 25 min rubl gümüş pul ayrılmışdı. Hətta erməni baş kəsən cəllad Qazarov Lazaryan Ərdəbil şəhərinə komendant təyin edildi. 1828-ci il dekabrın 24-dəki Lazarevin Paskeviçə yazdığı Yekun Hesabatında köçürmə işi 1828-ci il fevralın 26-da başlamış və iyunun 11-də başa çatmışdı. Tarixçi İ. Şopenin yazdığına görə, İrandan köçürülən ermənilərdən yalnız 366 ailə (1715 nəfər) İrəvan şəhərinin özündə, 265 ailə (1110 nəfər) Naxçıvan şəhərində və 36 ailə (482 nəfər) isə Ordubad ərazisində məskunlaşdırıldı. Xaricdən köçürülən ermənilər İrəvan əyalətinin 119 kəndində, Naxçıvan əyalətinin 61 kəndində, Ordubad dairəsinin 11 kəndində yerləşdirildi. Beləliklə, İrəvan əyalətində 4559/23588 nəfər, Naxçıvan ətrafında 2137/10652 nəfər, Ordubad dairəsində 250/1340 erməni ailəsi yerləşdirildi. Nəticədə qondarma Erməni vilayətinə 35560 nəfərdən ibarət erməni ailəsi köçürüldü. Lazaryevin hesabatından məlum olur ki, üç ay yarım ərzində İran bölgəsindən 8249 xristian-erməni ailəsi İrəvan, Naxçıvan və Qarabağ əyalətinə köçürülmüşdü, bu da ən azı 40 min nəfər demək idi. Rusiya dövlətinin xəzinəəsindən 14000 manat qızıl, 400 manat gümüş pul xərclənmişdi. Məsələn, rus tədqiqatçısı N.Smirnov İrandan 90 min erməninin köçürülərək Azərbaycan ərazilərində məskunlaşdığını yazır. Tarixi hadisələrin sonrakı gedişi bir daha sübut etdi ki, İran erməniləri Şimali Azərbaycan torpaqlarına xüsusi məqsədlə- Yeni Vətən yaratmaq məqsədilə köçürülmüşdü. Bu işləri həyata keçirməkdə canfəşanlıq göstərən hərbçilər və din xadimləri Rus çarizmi tərəfindən mükafatlandırılırdılar. Rus qoşunları 1828-ci il iyunun 14-də Paskeviçin komandanlığı altında Gümrü yaxınlığında 12 minlik qoşunla Arpaçaydan Şərqi Anadoluda hücumları başladı. İyunun 23-də Qars qalası işğal edildi. İyulun 24-də rus qoşunları Axalkələyi, avqustun 15-də Ahıskanı, 22-də Ərdahanı, 28-də Bəyazidi işğal etdilər. Baş verən işğallarda ermənilər xüsusi fəallıq göstərmişlər. Onlar ruslara daxili məsələlər, ordunun yerləşdiyi ərazilər və digər mühüm məsələlər haqqında məlumatlar çatdırmışlar. Bu baxımdan rus ordusu hücum zamanı müəyyən üstünlüklər qazanmağa nail olmuşdur.
Ədirnə müqaviləsi ermənilərin Qafqaza kütləvi köçürülməsinə yol açdı
1829-cu ilin yazında müharibənin yenidən alovlanması nəticəsində rus qoşunları Ərzurumu, daha sonra Muşu, Oltunu və Bayburtu işğal etdilər. İrəvan xanlığından-öz ata-baba yurdlarından didərgin salınan azərbaycanlılar ən çox Şərqi Anbadoluda sığınacaq tapmışdılar. Rus qoşunlarının Şərqi Anadoluya hücumları vaxtı qırğınlara və yenidən bu ərazidən köçkün halına düşməyə düçar olan yenə də azərbaycanləlar idi. Yenə də onlar əsasən Türkiyənin içərilərinə köçməyə məcbur oldular. Ədirnə sülhünün 13-cü maddəsinə əsasən Türkityənin işğal olunmuş torpaqlarındakı ermənilər 18 ay ərzində daşınan əmlakları ilə bərabər Rusiya təəbəliyinə keçmək hüququ verilmişdi. Türkiyədə yaşayan ermənilərin yenicə işğal olunmuş Azərbaycan ərazilərinə köçürmək və eləcə də, Türkiyə ilə sərhədboyu ərazilərdə də ermənilərin say üstünlüyünü təmin etmək məqsədilə 1829-cu il oktyabrın 10-da Paskeviç rus imperatoru I Nikolaya report yazıb Ərzurumda və Qarsda yaşayan ermənilərdən 10 min nəfərin Gürcüstanda və “Erməni Vilayətində” yerləşdirilməsinə icazə istədi. 1829-cu il noyabrın 18-də hərbi nazir Çernişov Paskeviçə bildirdi ki, çar I Nikolay onun təklifini bəyənmişdir. Türkiyənin Qars və onun ıtrafından köçürülən ermənilər yaşadıqları ərazilərin iqliminə uyğun olaraq Ələyəz (Alagöz) dağı ətrafındakı boşaldılmış Azərbaycan kəndlərində yerləşdirildi. Rus general-mayor Bercman Qarsdan Gümrüyə yola salınan 400 erməni ailəsinə sənəd təqdim etdiyini bildirdi. İrəvan yaxınlığında Sərdərabad qalasında olan 270 ev həmin vaxt ermənilər tərəfindən zəbt edilmişdi. Bir qədər keçdikdən sonra M. Vladkin ermənilərin bu əraziyə köçürülməsi haqqında yazırdı: “İrəvan quberniyasında yaşayan ermənilərin əksəriyyəti buranın yerli sakinləri olmayıb 1828-1829-cu illər müharibəsindən sonra Türkiyədən bu ərazilərə köçürülmüşlər”.
Yalnız 1830-cu ildə Osmanlı dövləti torpaqlarından Qafqaza 84 min nəfərdən artıq erməni köçürülüb
Türkiyədən köçürülən ermənilər Axıska, Pəmbək-Şorəyel və “Erməni vilayətində” yerləşdirildi. Göyçə gölü ətrafı və Baş Abarana 14044 erməni ailəsi köçürülmüşdü. Ərzurumdan köçürülən 7288 erməni ailəsindən 500-ü, eləcədə Ərdahandan 67 erməni ailəsi Axıska paşalığı ərazisində, 1050 ailə Borçalı distansiyasında və Çalqa ətrafında, qalan 1305 ailə Pəmbək və Şorəyel distansiyalarında yerləşdirilmişdi. Hesablama komissiyasının sayına görə, Osmanlı dövləti torpaqlarından 84 min nəfərdən artıq erməni və yunan köçürüldüyü məlum olur. Lakin 1831-ci il aprelin 24-də qraf Paskeviçin adına verilmiş Əlahəzrətin buyruğunda Türkiyə vilayətindən köçürülmüş xristianlar, yəni erməni və yunanlardan ibarət 14 mindən çox ailə (90 min nəfərə qədər) üçün 380 min gümüş pulun Rus dövləti tərəfindən ayrıldığı bildirildi. İ.Şopenin apardığı siyahıyaalmanın nəticələrinə görə, 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra “Erməni vilayətinə” Türkiyədən 21666 nəfər (3682 ailə) erməni, 324 nəfər (67 ailə) yezidi kürd köçürülmüşdü.
Rusiya imperatorunun fərmanı ilə “Erməni vilayəti” yarandığı vaxt İrəvan əyalətində 4 dairə yaradıldı. İrəvan, Sərdərabad, Şərur, Sürməli. 1834-cü ilin Kneral təsvirinə görə hamılıqla İrəvan əyalətində 22336 ailə var idi ki, bunun da 65300 nəfərini kişi cinsi təşkil edirdi. Bunların 29690 nəfəri tatar , yəni Azırbaycan türkləri, 10350 nəfəri əvvəllər köçürülmüş ermənilər və 24255 nəfəri İran və Türkiyədən yenicə köçürülən yezidi kürdlər və az bir qismi boşa adlanan qaraçılardan ibarət idi. İ.Şopenin əlyazması 20 cilddən ibarət həmin siyahıyaalınmanın nəticələri 1852-ci ildə nəşr edilən “Erməni vilayətinin Rusiya imperiyasına birləşdirilməsi dövrünün tarixi abidəsi” adlı əsərində verilmişdi. Onun siyahıya alınmasına görə müharibədən sonra erməni vilayətində mövcud olmuş 752 kənddən 521-i İrəvan əyalətinə, 179-u Naxçıvan əyalətinə, 52-si isə Ordubad dairəsinə aid idi. Siyahiyaalmanın nəticələrinə görə, köçürülməyəcək vilayətlərdə 81749 nəfər müsəlman, 25151 nəfər erməni qeydə alınmışdı.1832-ci il siyahıyaalmasına görə, İrəvan əyalətindəki kəndlərdən 463-də müsəlmanlar( Azərbaycan türkləri), 98-də ermənilər, 63 kənddə isə Azərbaycanlılar və ermənilər qarışıq yaşayırdılar. Beləliklə, erməni köçkünlər boşaldılmış 126 azərbaycanlı kəndində, azərbaycanlılar yaşadığı 70 kənddə, 22 qarışıq və 47 erməni kəndində məskunlaşmışdı.
Ermənistanda 1935-ci ilədək orada 190-dan artıq azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilmişdir
XIX əsrin 90-cı illərində Türkiyə dövlətində baş verən erməni qiyamlarının yatırılmasından sonra daha 400 minə yaxın erməni yenə də Cənubi Qafqaza-Azərbaycan torpaqlarına köçdü. N.Şavrov qeyd edir ki, XIX əsrin əvvəlində Cənubi Qafqazda yaşayan 13000000 erməninin bir milyondan çoxu yerli əhali deyil, onları bura biz köçürüb gətirmişik. XIX əsrin 20-30-cu illərindən başlayaraq Cənubi Qafqazın etnik xəritəsində yeni toplum-erməni toplumu peyda oldu. 1988-ci ildə azərbaycanlıların keçmiş İrəvan xanlığı ərazisindən-Ermənistandan deportasiyası başa çatdı. Azərbaycan toponimləri erməniləşdirilir. Bir sözlə, ermənilər özlərinə saxta tarix yaradırlar. Tarixi həqiqət bunu deməyə əsas verir ki, ermənilər Cənubi Qafqaza gəlmə-köçürülüb gətirilmə etnosdur. Onların əcdadları hesab olunan tayfalar təqribən e.ə. I minilliyin ortalarında Fərat çayının yuxarılarında peyda olmuşlar. Onlar bura Balkan yarımadasından köçüb gəlmişlər.
Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra 1935-ci il ilədək orada 190-dan artıq azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilmişdir. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra rəsmi addəyişmə əməliyyatları 1935, 1938, 1939, 1940, 1946, 1947, 1948, 1949, 1950, 1957, 1962, 1968, 1969, 1977, 1978, 1980-ci illərdə Ermənistan AS-nin fərmanı əsasında həyata keçirilmişdir. 1988-ci ilin avqust ayınadək indiki Ermənistan adlanan ərazisində 521 türk mənşəli yaşayış məskəninin adı dəyişdirilmişdir. 1918-1987-ci illərdə indiki bu torpaqlarda 254 azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yollarla (əhalisi soyqrıma məruz qalmaqla), deportasiya edilməklə və s. yaşayış məntələri siyahısından silinmişdi.
Azərbaycanlıların 1948-1953-cü illər deportasiyasından sonra 60-dan çox yaşayış məntəqəsinin adları dəyişdirilmişdir. Ermənistan AS-nin 1991-ci il 9 aprel fərmanı ilə azərbaycanlılara məxsus 90 məntəqənin adı dəyişdirilib. Ümumiyyətlə, son dövrədək 667 toponim dəyişdirilmişdir. Rus çarizminin erməniləri köçürməkdə məqsədi İran və Türkiyə sərhədlərində möhkəmləndirilmiş xristian zolağı yaratmaq və həmin dövlətlərə qarşı gələcək işğallarda ermənilərdən yenə bir vasitə kimi istifadə etmək idi. 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cumhuriyyəti xalqın iradəsini nəzərə almadan, böyük dövlətlərin təzyiqi ilə öz ərazisində paytaxtı qədim Azərbaycan şəhəri İrəvan olmaqla erməni dövləti yaradılmasına razılıq verdi. Ermənilər və onların Moskvadakı himayəçiləri Azərbaycana qarşı gələcəkdə yeni ərazi iddiası irəli sürmək üçün zəmin hazırladılar. Daha doğrusu, bugünkü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bünövrəsi qoyuldu. Yalnız 1946-1948-ci illərdə 100 mindən çox erməni xaricdən köçürülərək Qərbi Azərbaycan ərazisində məskunlaşdırıldı. Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi və burada möhkəmlənmələri sonrakı mərhələdə xalqımıza böyük faciələr yaşatdı. Yalnız 30 illik işğal dövründə Qarabağdan və ərtraf ərazilərdən on minlərlə soydaşımız didərgin salındı, yüzlərlə insan öldürüldü, Cəbrayıl, Füzuli kimi tarixi özündə yaşadan şəhərlər “Avropanın Xirosiması”na çevirildilər. Xocalı soyqırımı yaşadıldı, Şuşa, Zəngilan, Kəlbəcər və bu kimi digər faciələr yaşadıldı. Yüzlərlə yaşayış məskəni yer üzündən silindi, memarlıq nümunələri, tarixi adbidələr, ziyarətgahlar, məscidlər dağıdıldı. Ancaq “qisas qiyamətə qalmaz” məsəli reallığa çevirildi. Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə yağı düşməni məhv edib, işğal edilmiş ərazilərimizə azadlıq bəxş etdi. Bu gün artıq işğaldan sonra torpaqlarımız rahat nəfəs alır, insanlar geniş abadlıq, quruculuq, təmir və bərpa işlərindən sonra öz doğma yurd-yuvalarına qayıdırlar.
İLHAM ƏLİYEV