Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının Astara Dövlət Aqrar İnkişaf Mərkəzi üzrə ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev: xalqımızın xilaskarı və Konstitusiyamızın müəllifi” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Astara rayon təşkilatının Astara Dövlət Aqrar İnkişaf Mərkəzi üzrə ərazi partiya təşkilatıının sədri Etibar Abbasov geniş məruzə ilə çıxış edib. O, “Konstitusiya və Suverenlik ili”nin dövlətimizin hüquqi əsaslarının möhkəmləndirilməsi, ölkəmizin suverenliyinin daha da gücləndirilməsi məqsədini daşıdığını vurğulayıb.
Partiya fəalları Mübariz Axundov, Fərhad Rzayev, Əziz Əlizadə və Gülzar Səfərova məruzə ətrafında çıxışlar ediblər.
YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov tədbir iştirakçılarını Novruz bayramının müjdəçisi olan Od çərşənbəsi münasibəti ilə təbrik etmiş və ən xoş arzularını bildirib. Rayon təşkilatının sədri YAP-ın keçdiyi şərəfli yol barədə geniş nitq söyləyib.