PDF Oxu

Siyasət

  • 1 005

Qarşılıqlı əməkdaşlıq hər iki ölkənin maraqlarına cavab verir

image

Son vaxtlar bir çox ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana rəsmi səfərləri respublikamızın beynəlxalq miqyasda etibarlı tərəfdaş və söz sahibi kimi nüfuzunun getdikcə artmasının daha bir əyani təsdiqidir. Bu əlbətdə ki, cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. Azərbaycan hazırda beynəlxalq aləmdə etibarlı tərəfdaşlığını daha da möhkəmlətmək üçün ayr-ayrı dövlətlərlə münasibətlərin dinamik inkişafına xüsusi əhəmiyyət verir.

Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir ki, bu gün aparıcı mövqeyə malik olan dünyanın nüfuzlu dövlətlərinin, eləcə də, beynəlxalq və regional təşkilatların bir çoxu beynəlxalq münasibətlər sistemində respublikamızın tərəfdaşı kimi çıxış edir. Həmin ölkələr sırasında dünyanın siyasi və iqtisadi həyatında, habelə,beynəlxalq münasibətlər sistemində müəyyən nüfuz sahibi olan Şimali Makedoniya da yer alır.
Azərbaycanla Şimali Makedoniya arasında dostluq və əməkdaşlıq münasibətləri durmadan inkişaf edir. Ölkələrimiz arasında siyasi dialoq güclənir, dövlət başçılarının görüşləri bu əlaqələrin dərinləşməsinə təkan verir. Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın rəsmi səfəri zamanı liderlərin verdiyi bəyanatlar əlaqələrin yeni mərhələyə keçdiyini göstərir. Xüsusilə, enerji sahəsində əməkdaşlıq genişlənməkdədir. Azərbaycan qazı artıq Şimali Makedoniyaya çatdırılıb və bu proses davamlı olacaq. Və beləliklə, bu əməkdaşlıq həm də Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.
Ölkə Prezidenti İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatında vurğuladığı kimi, siyasi dialoq artıq dinamik xarakter almasına baxmayaraq, daha böyük irəliləyişlər üçün hələ də, bir sıra çətinliklər mövcuddur.
Enerji sahəsində əməkdaşlığın inkişaf etdiyini bildirən Prezident İlham Əliyev Azərbaycan qazının artıq Şimali Makedoniya bazarına çatdırıldığını və bu təchizatın gələcəkdə artırılmasının mümkün olduğunu qeyd etmişdir. Azərbaycan hazırda 12 ölkəyə təbii qaz ixrac edir ki, bunların 10-u Avropa ölkələridir. 2023-cü ildə Azərbaycan xarici bazarlara 25 milyard kubmetr qaz tədarük etmişdir və bu rəqəmin gələcəkdə artırılması nəzərdə tutulur. Azərbaycanın enerji siyasətinin strateji əhəmiyyətini vurğulayan dövlət başçısı, ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirmişdir. Bu kontekstdə, üç il öncə Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsi xüsusi qeyd edilib.
Bu göstəricilər Azərbaycan və Şimali Makedoniya arasında mövcud əməkdaşlığın daha da genişləndirilməsinin potensialını ortaya qoyur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi iki ölkənin maraqlarına tam cavab verir və qarşılıqlı əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılmasına xidmət edir.

Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri

Digər xəbərlər