PDF Oxu

Siyasət

  • 1 308

Milli adət və ənənələrimizdə Novruz bayramının yeri…

image

Milli dövlətçilik ənənələri ilə sıx bağlı olan, özünəməxsus tarixinə və miqyasına görə fərqlənən Novruz bayramı təkcə Azərbaycanda deyil, bütün Qafqazda , Uzaq Şərqdə böyük çoşqu və sevgi ilə qeyd edilir.

Baxmayaraq ki, XX əsrdə sovet hökuməti tərəfindən Novruzun rəsmi bayram kimi qeyd edilməsi ləğv edilmişdi, bu bayram xalqın müstəqilliyi ilə bərabər yenidən məişət hadisəsinə çevrildi.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra Novruz dövlət tərəfindən ümumxalq bayramı kimi qeyd edilməyə başladı.

Bu gün Mərkəzi Asiyadan Balkanlara qədər məskunlaşmış bütün türk xalqlarının taleyinə yazılan Novruz hələ 2009-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə nümayəndəliklərinin reprezentativ siyahısına daxil edilib.

Yaxın keçmişə nəzərə salsaq, görərik ki, müxtəlif mədəniyyətlərarası dialoq və hörmət mühitinin formalaşmasını özündə ehtiva edən Novruz bayramı çoxmillətli nominasiya kimi Azərbaycan da daxil olmaqla türkçülük və islamçılıq dəyərlərini özündə birləşdirən bir çox dövlətlərdə, Türkiyə Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, eləcə də Pakistan, Hindistan, İran kimi ölkələrdə bütün adət-ənənələri ilə tarixi bayram kimi qeyd edilir.

Milli dövlətçilik ənənələrimizi özündə yaşadan Novruz bayramı…

Milli dövlətçilik ənənələrimizdə müstəsna yeri olan Novruz ölkəmizdə rəsmi bayram kimi qeyd edilməklə yanaşı həm də bütün dövürlərdə milli kimliyimizi özündə əks etdirən formalaşmış vahid dəyərlər sisteminə çevrilib.

Heç təsadüfi deyil ki, Ümimmilli Lider Heydər Əliyev Novruz bayramını milli ideologiyamızın təməl sütünlarından biri adlandırıb. Ulu öndərin “Novruz əcdadlarımızın bizə töhfəsi, mirasıdır. Bu bayramı ən uca tutan və ən çox sevən də elə Azərbaycan xalqıdır!” deməsi bu bayramı daha milliləşdirdi.

Ümummilli Liderin siyasi kursunun layiqli davaçmısı Prezident İlham Əliyev də Novruzu əcdadlarımızın bizə yadigarı adlandırıb. Təsadüfi deyil ki, məhz bu baxımdan da ölkəmizdə Novruzun gəlişinə hazırlıq həmişə yüksək səviyyədə olub. Onun gəlişinə hazırlığın özü belə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənəsinə sahib çıxmasından, sadiqliyindən xəbər verir. Onu da qeyd etmək lazımdır ki, bu bayramın qədimliyi həm də Azərbaycanın regiona köçürülmüş, əvvəlki taleyi sual altında olan digər xalqlardan fərqli olaraq minillərdir ki, məhz buralı olduğunun daha bir sübutudur.

Doğmalıq, barışıq, sülh, ruzi bərəkət rəmzi…

Yazın gəlişini və astronomik olaraq yeni ilin başlanmasını bildirən Novruz ruzi bərəkət rəmzi olmaqla yanaşı 4 çərşənbəni və müxtəlif inancları özündə birləşdirən bəşəri təbiət hadisədir. Baharın müjdəçisi, təbiətin oyadan bu bayram tarixi etnoqrafik baxımından da xalqımızın əhəmiyyətli dəyərləri sırasında ilk pillədədir. Genetik kodlarımızın əks olunduğu bu bayramda küsülülərin barışması, imandan doğan paklığın bərqərar olması, sülhə çağırış milli-mənəvi dəyərlərimizə sadiqliyin göstəricisidir. Mədəniyyət və incəsənətimizin qiymətli incisi olan Novruz bayramının folklor nümunələri elmi əsaslarla öyrənilib, sənədləşdirilib və səhnələşdirilib. Xalqın milli yaddaşına hopan personajları ilə ölkəmizi dünyada tanıdan atributlar sırasında qərarlaşıb.

Qarabağa qalanan 5 yaşlı Zəfər tonqalı…

Artıq 5 ildir ki, biz bu bayramı tarixi Zəfərimizdən sonra doğma Qarabağımızda da qeyd edirik. Qələbədən əvvəl keşmiş məcburi köçkünlərin bayram ərəfəsində “İnşallah Novruz bayramını azad edilən torpaqlarda qeyd edək” arzusunu reallaşdıran müzəffər Azərbaycan Ordusu və Silahlı Qüvvələrimizn Ali Baş komandanı İlham Əliyev cənabları təkcə bu insanları doğma el-obalarına qovuşdurumadı. Bununla həm də “Ata vəsiyyəti” yerinə yetirildi. Dəmir yumruğun sahibi - müstəqil Azərbaycanın qurucusu, memarı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin Qarabağı azad görmək arzusunu 44 günə reallaşdırdı.

Ölkə başçısı bu gün işğaldan azad olunan torpaqlarımızda qaladığı Novruz tonqallarıının sayı ilə tarix yazır. O tarix ki, dünyaya, erməni havadarlarına və ən əsası da sapı özümüzdən olan baltalara, antiazərbaycan mövqeyinə sarılaraq Qərbin qucağında “uyuyan”lara , “atəşlə oynamaq olmaz” kimi subniminal mesajdır. İndi Cıdır düzündə qalanan tonqalın tüstüsü başı dumanlı Şuşa dağlarında “Qarabağ Azərbaycandır!” şüarı kimi sarsılmazlığını saxlayır.

Zəfər sahibinin yumruğunu sıxmaq üçün Şərqin qapısında növbə gözləyənlər…

İndi bütün dünya liderləri 44 günlük Zəfərin müəllifinin dəmir yumruğunu sıxmaq üçün Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu qapıda növbə gözləyirlər.

COP- 29-un Azərbaycan platformasından, XII Qlobal Bakı Forumundan Zəfərin Azərbaycan modeli ilə bağlı elə dünyaya ötürülən mesajlar ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırdı.

Bəli, düz otuz il sonra Mübarizlərin, Poladların, Cəbrayılların, Xudayarların qanı ilə sulanmış Vətən torpaqlarında Novruz bayramınınm qeyd edilməsi, tonqallarının qalanması o igidlərin ruhunu sevindirir. İndi 30 il əvvəlkindən də canlı və rəngli, müasir infrastrukturlu Qarabağ inşa edilir.

Əminliklə deyə bilərik ki, bu gün Prezident İlham Əliyev alovlandırdığı hər Novruz tonqalı ilə bütün dünyaya əsgər və zabitlərimizin, şəhid və qazilərimizin, bir sözlə Ordumuzun silahlı qüvvələrinin Vətən eşqinin hərarətini heç bir qüvvənin söndürə bilməyəcəyini sübut edir!

Aytən Qurbanova

YAP Yasamal rayon "H.B.Zərdabi pr.61" (19 saylı Şəhər Poliklinikası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri,

19 saylı Şəhər Poliklinikasının baş həkimi

Digər xəbərlər