PDF Oxu

Siyasət

  • 528

Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür

image

Ulu Öndər Heydər Əliyev bildirmişdir “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”

Həmrəylik Azərbaycan xalqının malik olduğu və əsrlərdən bəri qoruyub yaşatdığı ən dəyərli milli keyfiyyətlərdəndir. Tariximizi əks etdirən mənbələrdən, yazılan kitablardan, çəkilən filmlərdən də aydın olur ki, ən çox dəyər verilən xüsusiyyətlərdən biri də Azərbaycan xalqının qonaqpərvərliyi, hansı dinə mənsubluğundan asılı olmayaraq insanlara göstərilən hörmət, ehtiramıdır. Tolerantlığı, multikultural dəyərləri ehtiva edən həmrəylik demək olar ki, el adət-ənənələrində, şənliklərində əksini tapır. 44 günlük İkinci Qarabağ müharibəsi tolerant ölkə olduğumuzu, birliyimizi bir daha dünyaya nümayiş etdirdi.

Novruz ərəfəsində olduğumuz üçün təkcə bu bayramda həmrəyliyimizi əks etdirən bəzi məqamlara diqqət yetirək. “Novruz bizim əziz, sevimli bayramımızdır, milli sərvətimizdir. Xalqımız əsrlər boyu Novruzu əziz bayram kimi qeyd edir. Ancaq müstəqillik dövründə biz bu bayramı rəsmi bayram kimi qeyd etməyə başlamışıq” söyləyən Prezident İlham Əliyev 2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan etməklə Azərbaycan xalqının həmrəyliyə sadiqliyinin minilliklərə söykəndiyini bir daha təsdiqlədi. Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Ümumbəşəri dəyərləri, habelə sülhü və tolerantlığı tərənnüm edən bayramdır.

Yeni günün başlanmasını bildirən Novruzun bütün ayinlərində həmrəylik, birlik əksini tapır. Bayrama hazırlıq ərəfəsində elliklə təmizlik işlərinin aparılması, həmrəyliyin ən bariz nümunəsi olan iməciliklərin keçirilməsi, ağac əkmə aylığının bu ərəfəyə təsadüf etməsi xalqımızın oyanan təbiətə qayğısının ifadəsi olmaqla milli dəyərlərə bağlılığının göstəricisidir. Onu da qeyd edək ki, 2007-ci il Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Hərəmiz bir ağac əkək” kampaniyası başlamışdır. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulmuşdur. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır. Təkcə 2020-ci il “Nəsimi ili”ndə Mehriban xanım Əliyevanın ideyası və təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilmişdir. Bu proses “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində də davam etdirilmişdir.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Novruz bayramının respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir.

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

YAP Goranboy rayon təşkilatının sədri

Digər xəbərlər