PDF Oxu

Siyasət

  • 1 093

Yasamal rayonunda gənclərlə görüş keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya və Suverenlik-Hüquqi sabitliyin təmini” mövzusunda gənclərlə görüş keçirilib.

Görüşün rəsmi hissəsindən öncə Ümummilli Lider Heydər Əliyevin YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.
Görüşdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra “Konstitusiya və Suverenlik İli”nə həsr edilən videoçarx nümayiş olunub.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyəti barədə danışıb. Qeyd olunub ki, konstitusiya dövlətin hüquqi dayağı, suverenliyin təminatıdır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan 1995-ci il konstitusiyası müstəqil Azərbaycanın hüquqi sisteminin əsasını qoydu. Bu sənəd xalqın iradəsini ifadə edərək insan hüquq və azadlıqlarını təmin etdi. Hüquqi sabitlik və dövlətçilik ənənələri məhz bu bünövrə üzərində formalaşdı. Prezident İlham Əliyev bu hüquqi irsi davam etdirərək müasir dövrdə Azərbaycanın suverenliyini qoruyan, ərazi bütövlüyünü təmin edən islahatlara imza atdı.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YAP Təftiş Komissiyasının sədr müavini Nizami Səfərov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası xalqın iradəsinə söykənərək hüquqi dövlət quruculuğunun əsasını təşkil edir. Ulu Öndər Heydər Əliyev konstitusiyanın qəbulunu xalqın suverenliyinin təminatı kimi dəyərləndirirdi. Bu hüquqi sənəd müstəqilliyin möhkəmləndirilməsi və hüquqi sabitliyin təmin olunmasında mühüm rol oynadı. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən hüquqi və institusional islahatlar konstitusiyanın real həyatla uzlaşmasını təmin edir. Ərazi bütövlüyümüz uğrunda aparılan mübarizənin hüquqi təməli də məhz bu Konstitusiyada öz əksini tapmışdır. Əldə etdiyimiz tarixi qələbələr ilə Azərbaycan suveren hüquqlarını bərpa etdi. Bu gün Qarabağda bərpa-quruculuq işləri və reinteqrasiya prosesi hüquqi əsaslarla həyata keçirilir. Hüquqi sabitlik və qanunun aliliyi ölkəmizin davamlı inkişafını və beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin edir.
Çıxışlardan sonra gənclərin çoxsaylı sualları cavablandırılıb.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Digər xəbərlər