PDF Oxu

Siyasət

  • 984

Ağdamda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatı tərəfindən Ağdam Dövlət Sosial-İqtisadi Kolleci ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Neymət Rüstəmli və digər natiqlər çıxış edərək 1995-ci il noyabr ayının 12-də ilk milli Konstitusiyamızın qəbulunun müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olduğunu deyiblər. Çıxışlarda Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, qısamüddətli antiterror tədbirləri ilə ölkəmizin bütün ərazisində konstitusiya quruluşunun tam bərpa olunduğu vurğulanıb.
Sonra təşkilati məsələlərə baxılıb. Neymət Rüstəmli Ağdam rayon Dövlət Sosial-İqtisadi Kolleci ərazi partiya təşkilatının sədri, Xaləddin Tağıyev sədr müavini seçilib.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif olunub.

Digər xəbərlər