Prezident İlham Əliyevin indiyədək bir neçə dəfə Çinin televiziya kanallarına müsahibəsi olub. Dövlətimizin başçısı bütün geniş və məzmunlu nitqlərində tarixi həqiqətləri ictimaiyyətin diqqətinə çatdırıb. Xüsusilə qeyd etmək lazımdır ki, dövlətimizin başçısının həyata keçirdiyi düzgün xarici siyasətin əsasında dostluq,sülh və humanizm prinsipləri dayanır. Hazırda Azərbaycan və Çin dövləti arasında dostluq və sıx əməkdaşlıq münasibətləri mövcuddur. Məlum olduğu kimi 2024-cü ilin iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu. Bəyannamədə xüsusi olaraq 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra ikitərəfli əməkdaşlığımızın bir çox səmərəli nəticələr verməsi məsələsi də qeyd edilib. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin maraqları naminə yürütdüyü müdrik siyasətin bariz nümunəsidir. Çin dövləti ilə Azərbaycan arasında olan dostluq və qardaşlıq əlaqələri yüksələn xəttlə öz inkişaf dövrünü yaşayır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibə verib. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bəli, həqiqətən Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb. Bəli, bu göstəricilər dövlətlərimiz arasındakı əlaqələrin ilbəil daha gücləndiyinin göstəricisidir.Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında möhkəm dostluq əlaqələri, səmimi dialoq mühiti də mövcuddur. Hər iki dövlət beynəlxalq səviyyədə də bir-birinin ərazi bütövlüyünü, müstəqilliyini tanıyır, bu istiqamətə qarşılıqlı dəstək verirlər. Hazırda Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir. Azərbaycanın ŞƏT ilə əməkdaşlığı terrorizmlə, ekstremizmlə və separatçılıqla mübarizə, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi kimi müxtəlif sahələri əhatə edir.Azərbaycan ticarət və şərab evləri artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir. Onlar ikitərəfli ticari münasibətlərimizin inkişafına sanballı töhfə verir. Azərbaycan Ticarət Evi, həmçinin Çində tanınmış beynəlxalq “JD” onlayn ticarət platformasında yaradılıb. Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır.Bütün bu müsbət göstəricilər Azərbaycan-Çin arasında dostluq əlaqələrinin daha da gücləndiyini, əməkdaşlıq platformasının genişləndiyini və uğurlu xarici siyasətin bariz nümunələridir.
Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri
Səfər zamanı əldə edilmiş razılaşmalar İran-Azərbaycan dostluğunu, qardaşlığını bir daha təsdiqləyir
Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər