Azərbaycanın Qalib Lideri cənab İlham Əliyevindünyanın nüfuzlu televiziya kanallarına, eləcə də qəzet və informasiya agentliklərinəmüsahibələri ölkə reallıqlarının dünya ictimaiyyətinə çatdırılması üçün zəngin mənbədir. Aprelin 25 – də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pekinə rəsmi səfəri çərçivəsində Çinin CGTN (China Global Television Network) telekanalının“Danışır liderlər” verilişində verdiyi müsahibədədə ölkəmizin bugünkü reallıqları, inkişafı, eyni zamanda qarşılıqlı maraqlar və bir-birinə hörmət prinsipi əsasında inkişaf edən Azərbaycan-Çin münasibətləri öz əksini tapıb.
Tarixi qədim “İpək Yolu”na qədər uzanan Azərbaycan-Çin əlaqələri bu gün yüksələn xətlə inkişaf edir. Adətən, dövlətlərarası münasibətlərin formalaşmasında və inkişafında liderlərin dostluq münasibətləri mühüm rol oynayır. Azərbaycan-Çin münasibətlərinin müxtəlif sahələrdə dərinləşməsində ölkə Prezidentimiz İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə dostluq münasibətləriəvəzsiz rol oynayır.Dövlət başçılarının qarşılıqlı səfərləri, telefon danışıqları, məktub mübadiləsi, beynəlxalq tədbirlərdəki təmaslar əsasında formalaşmış sıx dialoqu qarşılıqlı hörmət və etimadın təzahürüdür.
“Azərbaycan Avropa ilə Asiyanı birləşdirən çox strateji coğrafiyada yerləşir, eləcə də Mərkəzi Asiya və Qərbi Çin üçün çox mühüm birləşmə nöqtəsidir. SizAzərbaycanınburegiondakıüstünlüklərinivəoynamaqistədiyirolunecəgörürsünüz? Ölkənizinnöqteyi-nəzərindənregiondasülhüvəinkişafıtəbliğetməküçünhansıişlərigörməkistəyirsiniz?”Çinin CGTN telekanalının müxbirLyuSininbusualınacavabverəndövlətbaşçımiz İlham Əliyevbildiribki,bizAsiyavəAvropa, habeləŞimalvəCənubarasındayerləşirikvəhərikinəqliyyatdəhliziAzərbaycanərazisindənkeçir. Ancaqhəqiqətəntranzitölkəyəçevrilməküçünqonşuölkələrvəonlarınqonşularıiləyaxşımünasibətlərəmalikolmaqlazımdır. Məqsədimizməhzbudurvəzənnimcə, bizbunanailolmuşuq.
“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanmasını müsahibə zamanı xüsusi ilə diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik. Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir və əlbəttə ki, bu addım birgə təşəbbüsümüzdür. Beləliklə, həmin sənədin mahiyyəti çox əhəmiyyətlidir. Buna görə həmin ölkə ilə Bəyanatın imzalanması Azərbaycan üçün həqiqətən mühüm nailiyyətdir. Sizə deyə bilərəm ki, Azərbaycan öz bölgəsində bir çox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb, lakin Çin ilə Bəyanat onların daxilində ən güclüsüdür. Məhz buna görə bu sənədin xüsusi vacibliyi bir daha göz qarşısındadır.
“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” Azərbaycan-Çin münasibətlərini bir dahastrateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Ölkə Prezidentimiz İlham Əliyevin vurğuladığı, Birgə Bəyanatda qeyd edildiyi kimi, tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər.
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri