PDF Oxu

Siyasət

  • 446

Tərtərdə yüksək bal toplayan şagirdlə görüş keçirilib FOTO

image

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatında Dövlət İmtahan Mərkəzinin 02 mart 2025-ci il tarixində keçirdiyi tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 300 bal toplayan Tərtər rayon Sarov kənd tam orta məktəbinin şagirdi Quluyeva Çinarə Rəşad qızı, məktəbin direktoru Almaz Qasımova və şagirdin atası Quluyev Rəşad ilə çay süfrəsi ətrafında görüş keçirilib.

Görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, bu il keçirilmiş buraxılış imtahanlarında maksimum nəticəni göstərən - 300 bal toplayan abituriyentlərin ölkə üzrə sayı 43 nəfərdir. Onlardan 1 nəfəri isə Tərtər rayonu Sarov kənd tam orta məktəbinin yetirməsidir.

Məktəbin direktoru, abituriyent və onun valideyni də öz növbələrində yaradılan təhsil şəraitinə, göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.

YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov abituriyentə uğurlar arzulamış və qarşıdakı növbəti imtahan mərhələsində də ən yüksək nəticəni əldə etməyi arzu edərək abituriyentə və məktəbin kollektivinə təşəkkür edib. Daha sonra abituriyentə YAP Tərtər rayon təşkilatının təşəkkürnaməsi və gül buketi təqdim olunub.

Digər xəbərlər