PDF Oxu

Siyasət

  • 913

Heydər Əliyev və Azərbaycan gəncliyi - FOTOLAR

image

01 may 2025-cü il tarixdə YAP Samux rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar YAP Samux rayon təşkilatının və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Samux rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masanı giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun uğurlarından danışaraq ölkə rəhbərliyi tərəfindən daima Azərbaycan gəncliyinə dəstək olunduğunu və ölkənin idarə olunmasından başlayaraq bütün həyati əhəmiyyətli sahələrdə gənclərə etimad göstərildiyini qeyd edib. G.Bayramov Azərbaycanda gənclər siyasətinin həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutduğunu, Azərbaycan gəncliyinin dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss etdiyini və gənclər siyasətinin müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirildiyini vurğulayıb.

Daha sonra dəyirmi masada iştirak edən Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Samux rayon Gənclər və İdman sektorunun müdiri Rasim İmamquliyev, Samux rayon İcra Hakimiyyəti Başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnaz Cəfərova, Samux şəhər 6 saylı uşaq bağçasının müdiri Təhminə Nəsibova çıxış edərək bildiriblər ki, dövlətin gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər Əliyevin nəzarətində olub. Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda, onda dərin vətənpərvərlik ruhu formalaşdırıb. Natiqlər həmçinin, gənclərimizə ölkə rəhbəri möhtərəm cənab Prezidentimiz İlham Əliyevin diqqət və xüsusi qayğısından bəhs ediblər. Ölkə gənclərinə hər bir sahədə hörmətlə yanaşıldığını, onların daha məsul vəzifələrə irəli çəkildiyini nəzərə çatdırıblar.

Digər xəbərlər