PDF Oxu

Siyasət

  • 372

YAP Ağstafa rayon təşkilatında veteran partiyaçılarla görüş keçirilib - FOTOLAR

image

16 may 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının inzibati binasında partiya veteranlarının iştirakı ilə dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev qeyd edib ki,partiya veteranlarına diqqət və qayğı göstərilməsi partiya rəhbərliyinin hər zaman böyük həssaslıqla yanaşdığı və xüsusi diqqət mərkəzində saxladığı məsələdir. Etibar Hacıyev partiya veteranları ilə söhbət edib və onlarıyubiley yaşları münasibətilətəbrik edərək uğurlar arzulayıb.

Tədbirdə həmçinin YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fəallıqlarına və yubileyləri münasibətilə bir qrup partiya veteranları Fəxri Fərmanlarla, qiymətli hədiyyələrlə təltif olunublar.

Veteran partiyaçılar göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər