Türkiyənin Azərbaycandakı səfirliyində 10 İyun - Dünya Səhər Yeməyi Günü münasibətilə görüş təşkil olunub. SİA xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün media nümayəndələrini səhər yeməyinə dəvət edib.Görüşdə qonaqlara Türkiyənin zəngin kulinariyasından müxtəlif təamlar təqdim olunub.Səfir Birol Akgün çıxışında bildirib ki, UNESCO tərəfindən qəbul edilən 10 İyun - Dünya Səhər Yeməyi Günü hər il iyun ayının ilk bazar günü qeyd olunur:"Bu günün məqsədi səhər yeməyinin mədəniyyətlərarası əlaqələrdə oynadığı rolu vurğulamaq və Türkiyə mətbəxinin zənginliyini dünyaya tanıtmaqdır".Diplomat vurğulayıb ki, Türkiyənin tanıdılmasına böyük töhfə verən səhər yeməyi mədəniyyəti hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Türkiyə təmsilçiliklərində də qeyd olunur:"Bu təşəbbüs, eyni zamanda, qonaqpərvərlik və paylaşma kimi ortaq dəyərlərin təbliğinə xidmət edir".