PDF Oxu

Siyasət

  • 1 284

“Milli Qurtuluşdan başlanan müstəqillik, sabitlik və inkişaf yolu”

image

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Milli Qurtuluşdan başlanan müstəqillik, sabitlik və inkişaf yolu” mövzusunda tədbir keçirilib.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb.

Sonra “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi”nin Milli Qurtuluş Günü münasibətilə təşkil etdiyi sərgi ilə tanışlıq olub.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması, inkişafı və möhkəmləndirilməsindəki müstəsna xidmətlərindən danışıblar. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti xalqımız tərəfindən daim fəxarət hissi ilə xatırlanır, əziz xatirəsi böyük məhəbbətlə, ehtiramla yad edilir.
Tədbir bədii hissə ilə davam edib.

Digər xəbərlər