PDF Oxu

Siyasət

  • 665

Silahlı Qüvvələrin modernləşdirilməsi

image

Ölkəmizdə müasir ordu quruculuğunun əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycanın dövlət siyasətinin strateji istiqamətlərindən biri olan ordu quruculuğu daim ölkə rəhbərliyinin diqqət mərkəzində olmuşdur.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qətiyyəti sayəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin modernləşdirilməsi, yeni müasir hərbi infrastrukturların inşası, müasir texnologiyalara əsaslanan silahlarla təhciz olunması, hərbiçilərimizin sosial-məişət şəraitinin yaxşılaşdırıması və bu kimi bəzi istiqamətlərdə mühüm işlər görülmüş, nailiyyətlər əldə olunmuşdur. Məhz bu diqqət və qayğının məntiqi nəticəsi olaraq şanlı Azərbaycan ordusu Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində düşmənə sarsıdıcı zərbələr vuraraq torpaqlarımızı işğaldan azad etdi.

Müharibədən sonrakı dönəmlərdə ölkə Prezidenti cənab İlham Əliyevin xüsusi tapşırığı əsasında yaradılan “Komando” hərbi birliklərinin yaradılması və təkminləşdirilməsi işləri bu gündə uğurla davam etdirilməkdədir.

Eyni zamanda ölkəmizin beynəlxalq hərbi əlaqələrində Türkiyə, Rusiya, Pakistan, İsrail dövlətləri, NATO bloku ilə əməkdaşlıq xüsusi çəkiyə malikdir.

Həmçinin, Azərbaycan NATO ilə əməkdaşlığı çərçivəsində beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına da töhfə verir. Bu istiqamətdə sülhməramlı əməliyyatlarda Azərbaycanlı hərbçilərin təmsil olunması xüsusilə qeyd edilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən sülhməramlı əməliyyatlarda iştirak edir.

10 dekabr 2020-ci il tarixdə keçirilən Azərbaycan Ordusunun Zəfər paradında ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev bununla bağlı deyib: "Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi".

44 gün ərzində həyata keçirilən hərbi əməliyyatlar dövlətimizin tarixində, eyni zamanda hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq, heç vaxt unudulmayacaq ən parlaq səhifə kimi öz əksini tapacaq.

Elmin MƏMMƏDOV

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Digər xəbərlər