Azərbaycanın enerji sektorunda son illərdə əldə etdiyi ən mühüm nailiyyətlərdən biri “8 Noyabr” Elektrik Stansiyasıdır. Bu stansiya cəmi 18 ay ərzində inşa olunaraq istifadəyə verilib ki, bu da mühəndislik və təşkilati baxımdan rekord nəticə sayılır. Stansiyanın generasiya gücü 1880 meqavatdır və bu, onu ölkənin ən iri elektrik stansiyasına çevirir. Burada istifadə olunan müasir texnologiyalar sayəsində enerji səmərəliliyi 56 faizə çatdırılıb, bu isə ildə 1 milyard kubmetrədək qaz qənaəti deməkdir. Layihənin bu qədər qısa zamanda və yüksək keyfiyyətlə tamamlanması Prezident İlham Əliyevin siyasi iradəsinin və ölkənin texniki imkanlarının göstəricisidir. “8 Noyabr” adı isə Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə işarədir. Bu layihə həm enerji təhlükəsizliyimizi gücləndirir, həm də milli qürur rəmzinə çevrilir.
Nicat Quliyev
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının məsləhətçisi