PDF Oxu

Siyasət

  • 1 512

Fransa hakimiyyətinə ağır zərbə ANALİZ

image

Hazırda məhkəməsi keçirilən fransız casusu Martın Rayanın atası Riçard Rayan oğlunun Fransa hakimiyyəti tərəfindən istifadə edildiyini bildirib

Avropanın Fransa, Belçika, Almaniya, Niderland və digər dövlətləri dərin iqtisadi, siyasi böhran keçirirlər. Daxili siyasətdə olduğu kimi xarici siyasətdə də həlli mümkün olmayan problemlər yaşayırlar. Səbəbi isə hakimiyyətdə olan faşist düşüncəyə və təfəkkürə sahib rəhbərlərin səhv, yanlış siyasət yürütmələri, eləcə də dünyanın azad, demokratik dövlətlərinə qarşı şər və böhtan xarakterli ədalətsiz mövqe sərgiləmələridir. Azərbaycana qarşı sözügedən dövlətlərin nümayiş etdirdikləri qərəzli siyasət qeyd olunanlara misal ola bilər.

44 günlük Vətən müharibəsində Azərbaycan 30 illik erməni işğalına son qoyub, ərazi bütövlüyünü bərpa etdikdən sonra Fransa, Belçika, Almaniya, Niderland ölkəmizə qarşı açıq “informasiya müharibəsi” təşkil etdilər. Sözügedən ölkələrin KİV-ləri və erməni lobbisindən maliyyələşən hakimiyyət nümayəndələri, parlamentlərin deputatları Azərbaycan haqında şər və böhtan xarakterli açıqlamalar verir, videolara paylaşırlar. Xüsusilə də Fransanın prezidenti Makron başda olmaqla deputat korpusu, dərnək düşüncəsindən uzağa getməyən KİV təmsilçiləri daha çox hədəf seçiblər. Ən ikrah doğuran hal ondan ibarətdir ki, Fransa Azərbaycana qarşı separatçı fəaliyyətini beynəlxalq təşkilatlarda ölkəmizə qarşı qərəzli qətnamələr qəbul etdirməklə nümayiş etdirir. Bu azmış kimi bacısı hesab etdiyi Ermənistanı müasir hücum silahları ilə təchiz edərək regionumuzda militarizasiya siyasətini həyata keçirir.

Fransa kəşfiyyatı Azərbaycanda peşəkar casus şəbəkəsi yerləşdirib

Diqqətçəkən məqam ondan ibarətdir ki. Fransa Azərbaycana qarşı qərəzli siyasətini ölkəmizin daxilində casus şəbəkəsi yerləşdirməklə daha geniş formada davam etdirməyə çalışır. Daha doğrusu, artıq Fransanın Azərbaycanda kəşfiyyat fəaliyyəti qurmağa çalışdığı və casus şəbəkəsi yerləşdirdiyi faktları mövcuddur. Hələ bir qədər əvvəl Ukraynanın “İdentifikator” nəşri ciddi və əsaslı mənbələrinə istifadən qeyd etmişdir ki, Fransa kəşfiyyatı Azərbaycanda peşəkar casus şəbəkəsi yerləşdirib: “Həmin şəbəkə Fransanın Azərbaycandakı səfirliyinin tərkibində fəaliyyət göstərir və Fransanın sözdə “tərəfdaş” adlandırdığı ölkələrin nümayəndələrinə qarşı kəşfiyyat fəaliyyəti həyata keçirir”. Nəşr iddia edir ki, sözügedən şəbəkənin geniş əlaqələrinin olduğu, region ölkələrində təsir dairəsini genişləndirməyə hazırlaşdığı vurğulanır: “İstintaq məlumatlarına görə, uzun illər Fransa kəşfiyyatının əməkdaşı olmuş şəbəkə üzvlərindən biri könüllü olaraq Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlığa başladıqdan sonra şəbəkə üzvlərinin kimlikləri ortaya çıxıb. Bu əməkdaşlıq nəticəsində bəziləri Azərbaycanda xidmət etmiş və hələ də fəaliyyətdə olan, bəziləri isə hazırda bir sıra qonşu dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən onlarla fransalı agent ifşa edilib. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransanın agentura şəbəkəsinin Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyəti ilə bağlı sübut və sənədlərin təqdim edildiyi bildirilir”.

Nəşrin məlumatında qeyd olunur ki, Azərbaycanın xüsusi xidmət orqanlarının apardığı cinayət işi ilə bağlı Ukrayna, Gürcüstan və Azərbaycana qarşı bir sıra kəşfiyyat fəaliyyəti həyata keçirmiş şəxslər həbs edilib. “Casus şəbəkəsinin ifşa olunması Fransa kəşfiyyatının imicinə ciddi zərbə vuracaq”.

Ukraynanın “İdentifikator” nəşrinin qeydlərindən bir qədər sonra Azərbaycan ictimaiyyətinə ölkəmizdə Fransanın casus şəbəkəsinin saxlanılması barədə məlumat açılandı. Casus şəbəkənin əsas başçısının isə Fransanın xüsusi xidmət orqanlarının peşəkar əməkdaşı, polkovnik-leytenant Martin Rayandır. Onun Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən ifşa olunaraq, həbs edilməsi Fransa siyasi hakimiyyətinin belini qırıb. Çünki Martin Rayan Fransa üçün önəmli fiqur hesab edilir. Məhz önəmli agentin ifşa edilməsindən sonra Fransanın kəşfiyyat orqanlarında ciddi dəyişikliklər, hətta istefalar baş verib.

Fransa vətəndaşı Martın Rayanın atası Riçard Rayan oğlunun Fransa hakimiyyəti tərəfindən istifadə edildiyini bildirib. Riçard Rayan "Agence France-Presse" (AFP) agentliyinə açıqlamasında oğlu Martın Rayanın bir dəfə ona Fransa hakimiyyət orqanlarının ondan istifadə etdiklərini danışdığını söyləyib.

Martın Rayanın Fransa xüsusi xidmət orqanının əməkdaşı Loran Lödi ilə görüşü

Açıq mövqeyi, səmimi etirafı ilə Martın Rayanın atası Riçard Rayanın bir qədər əvvəl Bakıdan qovulmuş iki diplomata işarə edib, Təsdiq olunur ki, Fransa dövləti, onun kəşfiyyat orqanları Azərbaycanda geniş casusu şəbəkə yaradıb və onlardan öz çirkin məqsədləri üçün istifadə edirlər. Lakin Azərbaycan hər cür təzyiq və təhdidi dəf etməyə, casus şəbəkəni ifşa etməyə qadirdir. Bunu Martın Rayanın və dəstəsinin həbs edilməsi ilə bir daha nümayiş etdirdi. 2023-cü il dekabrın 4-də həbs olunublar. DTX tərəfindən "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi üzrə ittiham irəli sürülüb. İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "arzuolunmaz şəxs" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Rayanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. Hazırda casus şəbəkəsinin məhkəməsi keçirilir və dəstə üzvləri bir sıra etiraflar səsləndirirlər. Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Rayan əlavə ifadə üçün söz istəyib. Onun ifadəsindən məlum olub ki, o, Fransanın xüsusi xidmət orqanlarının əməkdaşı olan Frederik Devos ilə "Araz" kafesində görüşüb, daha sonra gəzintiyə çıxıblar. Həmin görüşdə Azərbaycan-Ermənistan müharibəsi müzakirə olunub. Frederik onlardan Türkiyədən və Pakistandan olan muzdlu döyüşçülərin Azərbaycan üçün vuruşub-vuruşmadığını soruşub. M.Rayan internetdən oxuduqları əsasında sualları cavablandırıb. Daha sonra M.Ryan şirkət açmaq üçün dəstək istəyib. Frederik Devos bununla bağlı yüksəkvəzifəli şəxslərdən kömək istəyəcəyini bildirib. F.Devos fransız dilini bilənlərlə əməkdaşlıq etmək istədiyini söylədiyi üçün Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində oxuyanlarla maraqlanıb. Martin Rayan onu Azad Məmmədli ilə tanış edib. Daha sonra Azad Məmmədli azərbaycanlı tanışı A.Ş-ni Frederik Devosla tanış edib.

Bundan bir müddət sonra Martin Rayanın valideynləri onu ziyarətə gəliblər. Cinayət işinə əlavə edilən, onun telefonu vasitəsilə çəkilmiş fotoşəkillərdə göstərilib ki, Martin Rayan, atası, anası, dostları və Fransa xüsusi xidmət orqanının əməkdaşı Loran Lödi, onun yoldaşı və qızı ilə əvvəlcə özünün Səbail rayonunda kirayə qaldığı evdə görüşüb, daha sonra ziyafətə gediblər. Həmin ərəfələrdə Loran Martinə klaviatura hədiyyə edəcəyini bildirib. Səfirliyin yanında o, klaviaturanı hədiyyə edib.

Bundan əlavə, başqa bir şəkildə əvvəllər Fransada təhsil almış azərbaycanlı Z.M.-in doğum gününü qeyd etmək üçün Martin Rayan, Loran və digərlərinin yığışdığı məclis əks olunub. Həmin şəkillər məhkəmə zalında nümayiş etdirilib.Həmin ilin mart ayının sonunda Jerom adlı şəxs Lorandan Martin Rayanın nömrəsini alıb və onunla danışıb. Jerom da Fransa xüsusi xidmət orqanlarının əməkdaşı olub. Bundan başqa Frederik Devos Azad Məmmədlini görüşə dəvət edib. Martin Rayan Azad Məmmədli ilə birgə fransız iş adamı Serj Banvelin 2019-cu ilin oktyabr ayında Bakı Frankofoniya Assosiasiyasının təşkil etdiyi tədbirdə iştirak ediblər. Frederik və onun səfirlikdə işləyən yoldaşı onları belə tədbirlərdə daha çox iştirak etməsi üçün təşviq ediblər. Onlar daha sonra bir neçə dəfə belə tədbirlərdə iştirak ediblər.

Martin Rayanın Loran Lödini və digərləri ilə əlaqələri

İstintaq materiallarına görə, Martin Rayan Loran Lödini və digərlərini Milad bayramında özünün evində ziyafətə dəvət edib. Lakin bu hadisələrdən sonra Loran ilə əlaqə saxlaya bilməyib. O, onların dost olduğuna inanırmış. Amma anlayıb ki, Loran kəşfiyyatçı olub və ondan sadəcə istifadə edib. Azad Məmmədli də Loranın onunla deyil, Azərbaycanın daxili məsələləri ilə maraqlandığını anlayıb, kafedə söhbət edərkən ətrafdakılara şübhə ilə baxdığını və ona diqqətlə qulaq asdığını görüb, onun kəşfiyyatçı olmasından şübhələnib. Həmin ildə bir azərbaycanlı jurnalist Martin Rayanla əlaqə saxlayıb və müsahibə alıb. Jurnalist həmin müsahibəni video şəklində istəyib. Belə bir neçə jurnalist onunla əlaqə saxlayıb və Fransanın Azərbaycan-Ermənistan müharibəsində mövqeyi ilə bağlı fransız kimi mövqeyini öyrənib. Belə müsahibələrə və yayılan məqalələrə görə M.Rayan Fransa xalqının gözündən düşüb və bu, ona bir fransız kimi ağır gəlib. Martin Rayan bundan əlavə Z.M.-in Loran Lödi tərəfindən xüsusi xidmət orqanının ofisinə çağırılmasından şübhələnib.Martin Ryan Loran Lödidən və Frederik Devosdan sonra onunla Jerom Qassarinonun işlədiyini və sonuncunun ona Azərbaycanda şirkət açmaqla bağlı, həmçinin Azərbaycan-İran münasibətləri və özünü maraqlandıran şəxslər barədə suallar verdiyini deyib. Bir müddət sonra Martin Rayan Azad Məmmədli ilə görüşmək istəyi ilə bağlı telefon danışığı edib və səfirliyin yanında olmasını bildirib. Buna səbəb Frederik və digərlərinin kəşfiyyatçı olaraq ona tapşırıq verdiyini düşünməsi olub.

Məhkəmənin qərarı ilə, əldə edilən telefon danışığında M.Rayanın Azad Məmmədliyə tövsiyə olaraq içkinin miqdarını azaltmasını və danışdıqlarına fikir verməsini söyləyib. Ona səviyyəli tədbirlərdə yüksək səslə müəyyən mövzulardan danışmamasını, ehtiyatlı olmasını, nüfuzunu zədələməməsini söyləyib. Səhv anlaşıla biləcək mövzulardan ehtiyatlı olmasını istəyib.

Martin Rayan Azad Məmmədli ilə danışarkən səfirlikdə Loran soyadlı iki şəxsin olduğunu bildirib. Martin Loran Lödini xatırlayıb və onun sağollaşmadığını söyləyərək Azərbaycandan getdiyini deyib. O əlavə edib ki, Loran Lödi və Loran Qrard ondan və Azaddan məlumat almaq üçün istifadə ediblər. Azad Məmmədli kəşfiyyatçıların dəyişdiyini, yenilərinin dərhal onunla əlaqə yaratdığını bildirib. Azad Məmmədli onların səmimi ünsiyyətdən uzaq olduqlarını da əlavə edib. Kəşfiyyatçılar onları maraqlandıran məlumatları Martin Rayandan və xüsusilə də Azad Məmmədlidən təhlil şəklində alıblar. Martin Rayan Rusiya pasportlu ermənilərin Qarabağı tərk etməsi informasiyasını da ötürüb.

Başqa telefon danışığında Azad Məmmədli Martin Rayana bildirib ki, Zəngəzur dəhlizində Rusiyanın Federal Təhlükəsizlik Xidmətini yox, Fransanın silahlı qüvvələrini görmək istəyir. Daha sonra Martin deyib ki, Loran Qrardın kəşfiyyatçı olduğunu ruslara desə, necə olar? Azad Məmmədli bunun təhlükəli olacağını bildirib. Azad Məmmədli həmçinin əlavə edib ki, özlərini agent deyil, mənbə kimi görür.

Fransa casus şəbəkəsinin ifşa edilməsindən sonra bir daha təsdiqlənir ki, Azərbaycanda və beynəlxalq aləmdə ölkəmizin maraqlarına qarşı çıxmaq, mövqelərinə kölgə salmaq mümkün deyil. Çünki Azərbaycan hər sahədə böyük gücə və qüdrətə malik dövlətdir.

İLHAM ƏLİYEV

Digər xəbərlər