Ermənistan özünün müstəqillik gününü qeyd etdi, erməni siyasətçilərinin dediyi kimi, sadəcə təqvimdəki tarix dəyişdi, milli varlıqdan, azadlıqdan və bayram ab havasından isə danışmağa dəyməz. Əgər 1991-ci il sentyabrın 21-də Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərdən, hərbi cinayətlərdən ruhlanan ermənilər qələbə eyforiyasından vəcdə gəlirdilərsə, bu gün o ekstazdan əsər-əlamət yoxdur, qəmə batıblar, qanunsuz ələ keçirdikləri ərazilər əsl sahibinə qayıdıb. İndi Ermənistan silahlı quldurlarının xarabazara çevirdikləri kənd və şəhərlərdə əsl cənnət yaradılır, bu yerlərə insan gəlir.2025-ci ildə keçirilən “bayram” milli şüurda ağır tonların rezonans doğurduğu bir vaxtda qeyd olundu. Ermənistan Qarabağı birdəfəlik itirdi. Fiziki cəhətdən Qarabağda ola bilməmək sadəcə siyasi reallıq deyil. Bəzi ermənilər, xüsusən də “revanşist” adlanan kəsim baş verənlərə “müvəqqəti itki” kimi yanaşmağa cəhd edirlər, amma nə qədər tez reallıqla barışsalar itirilən zamanı daha tez bərpa etmiş olarlar. Ona görə də dünənki “şənlik” kədərlə daha yaxın “dost” idi.Bayram ərəfəsində baş nazir Nikol Paşinyan Dördüncü Respublikanın yaradılmasına hazırlıq barədə məlumat verib. Maraqlıdır, ermənilər hesab edirlər ki, birincisi Rusiya İmperiyasının dağılmasından sonra yaranıb, ikincisi isə Sovet dövründə. Üçüncüsü Sovet hakimiyyətinin dağılmasından sonar, bəs dördüncüsü? Bəli, indiki baş nazir Nikol Paşinyan özünün hakimiyyətini dördüncü reapublika adlandırır və israr edir ki, hətta onun opponentləri də məsələyə məhz bu cür yanaşsınlar. Lakin Paşinyanın iddialı planı birmənalı qarşılanmayıb.Bayram ərəfəsində Paşinyan bəyan edib ki, təmsil etdiyi Mülki Müqavilə partiyası Dördüncü Respublika yaratmaq üçün parlament seçkilərində qalib gəlmək istəyir. Onun ideoloji təməli Paşinyanın “tarixi” ilə ziddiyyət təşkil etdiyi “Real Ermənistan” adlanacaq. Konkret olaraq, Dördüncü Respublika öz qonşuları, ilk növbədə Türkiyə və Azərbaycanla düşmənçilik etməyəcək və Avropa Birliyinə daxil olmağa çalışacaq. Bu məqsədlə Paşinyan parlament seçkilərində qalib gəldikdən sonra Ermənistan konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçirəcəyini vəd edib. O, həmçinin qeyd edib ki, Rusiya ilə münasibətlər transformasiya mərhələsindədir, lakin son nəticədə əvvəlkindən daha möhkəm olacaq.“Mülki müqavilə bu proqramla “Real Ermənistan” ideologiyasını Ermənistanı idarə etmək konsepsiyası kimi qəbul edir və 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərində bu proqram və ideologiya ilə vətəndaşların ölkəni idarə etmək mandatını daha beş il müddətinə uzatmasını gözləyəcək”, - Paşinyan partiyasının qurultayında vurğulayıb.Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sarkisyan Paşinyanın ideyasını öz ölkələrinin müstəqilliyinə birbaşa təhlükə kimi qiymətləndiriblər. “Elə bir məqam yetişib ki, müstəqilliyimizin gələcəyi hər birimizin əzmindən və Vətənə sədaqətimizdən asılıdır”, - deyə Köçəryan vurğulayıb.
Öz növbəsində Sarkisyan bəyan edib ki, hakimiyyətdəki kapitulyatorlara “yox” deməyin vaxtı çatıb. "Cümhuriyyətin nömrəsinin dəyişdirilməsi ilə bağlı cəfəngiyyatlar səsləndirənlər yaddaşımızı silməyə, tarixi təhrif etməyə, keçmişi inkar etməyə, qələbələri rədd etməyə çalışırlar. Amma tarix sıfırdan başlamır. Qan suya, qurban statistikaya, qəhrəmanlıq tarixi səhvə çevrilə bilməz", - üçüncü prezident iddia edib.Buna baxmayaraq, Qafqaz İnstitutunun rəhbəri Aleksandr İskəndəryan hesab edir ki, ümumilikdə Paşinyan yeni heç nə deməyib. "Dördüncü Respublika haqqında bəyanat Mülki Müqavilənin seçki kampaniyasını müşayiət edən bir sıra digər çıxışların bir hissəsidir". Paşinyan və komandası açıq şəkildə bildirirlər ki, onlar hakimiyyətə gələnə qədər baş verənlərin hamısı pis olub, lakin onların köməyi ilə ölkədə həyat düzələcək. Dördüncü Respublika ideyası Ermənistanda ilk dəfə deyil. "Bu, müttəfiqlərinizə aid olmayan bütün nailiyyətləri inkar etməyin bir yoludur", - İskəndəryan deyib.Ekspertin fikrincə, 2026-cı il iyunun 7-nə təyin edilmiş parlament seçkiləri çətin ki, əhali tərəfindən Paşinyanın dediyi referendumun müqəddiməsi kimi qəbul edilsin. Eyni zamanda, çox güman ki, Əsas Qanuna dəyişiklik etməyə cəhdlər ediləcək. İsgəndəryan hesab edir ki, ən azı indiki preambula Qarabağın Ermənistana birləşməsindən bəhs edən Müstəqillik Bəyannaməsinə istinad edərək Azərbaycanı qıcıqlandırmamaq üçün düzəldiləcək.
Paşinyan və keçmiş prezidentlər
Erməni müxalifətinin “Mənim şərəfim var” fraksiyası baş nazir Nikol Paşinyana etimadsızlıq ifadə edən parlament təklifi layihəsi hazırlayıb. “Hökumət... nəinki özünün təqdim etdiyi və parlament çoxluğu tərəfindən təsdiq edilmiş proqramdan əhəmiyyətli dərəcədə kənara çıxaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi, həm də dövlətin qarşısında duran çağırışlara effektiv cavab vermədi, çox vaxt yeni çağırışların yaranmasına səbəb oldu”, - deyə bəyanatın layihəsində deyilir.Müxalifət Paşinyanı təslim olmaqda, Qarabağı itirməkdə, Azərbaycanda saxlanılan “hərbi əsirlər”in və Qarabağ erməni “liderlərini” (oxu: separatçıların rəhbərlərini) azad etməməkdə, ölkənin ərazi bütövlüyünü pozmaqda, ehtiyatsız xarici siyasət yürütməkdə, birtərəfli güzəştlərə getməkdə, beynəlxalq aləmdə tanınması prosesini pozmaqda, bütün erməni soyqırımlarına dəstək verməkdə ittiham edir. Qanuna görə, 107 deputatdan ən azı 54-ü impiçmentə səs verməlidir. Lakin parlamentdə impiçment proseduruna başlamaq üçün 36 imza tələb olunur. “Ermənistan” və “Mənim namusum var” iki müxalifət fraksiyasının 34 deputatı var.Hakim “Mülki Müqavilə” partiyasının 69 mandatı var. Bu kifayət qədər perspektivsiz cəhdin mənası nədir? Xüsusən də ona görə ki, seçkilərə cəmi bir il qalır və Paşinyan onsuz da onlara qalib gələr bilər. “Bu proseduru (Ermənistan Konstitusiyasının 115-ci maddəsində bunun üçün “Baş nazirə etimadsızlıq” ifadəsi işlədir) başlamaqda parlamentin “Mənim şərəfim var” fraksiyasının aşkar məqsədi 2026-cı il seçki kampaniyasına fəal hazırlıqların başlanğıcında tərəfdarları həm gələcək etiraz səsləri, həm də parlamentdə keçiriləcək kütləvi aksiyalarda iştirak etmək üçün səfərbər etməkdir”.Bu fraksiyanın birləşdiyi keçmiş prezident Serj Sarkisyan hələ 2025-ci ilin iyununda belə bir prosedurun küçə etirazlarına təkan verəcəyini qeyd etmişdi. Bundan başqa, Serj Sarkisyan və tərəfdarları müxalifət düşərgəsində öz təsirlərini gücləndirməyə çalışırlar. Ermənistanın baş nazirinə etimadsızlıq səsverməsi hekayəsi də müxalif siyasətçilərin özləri arasında nüfuz mübarizəsini əks etdirir. Bu fikir ayrılıqlarının təzahürlərindən biri də parlamentdəki “Ermənistan” fraksiyasının istiqamətləndiricisi olan digər keçmiş prezident Robert Köçəryanın bu təşəbbüsə kifayət qədər skeptik münasibət bəsləməsidir.Müxalifət Paşinyan hökumətinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini iddia edir. Şikayətlərin dairəsi genişdir. Vurğu, təbii ki, xarici siyasət məsələləridir, lakin “Mənim şərəfim var” fraksiyasının hazırladığı bəyanat layihəsində “çiçəklənən korrupsiya və proteksionizm” ittihamları, eləcə də ölkənin sosial-iqtisadi problemləri var. Bu işdə etimadsızlıq səsverməsi təşəbbüsü ilə çıxış edənlərin taktikası başa düşüləndir: mümkün olan ən geniş auditoriyanı öz ətrafında toplamaq üçün baş nazirə qarşı mümkün qədər geniş şikayət dairəsini qaldırmaq.Burada Rusiya tarixindən ehtiyatlı bənzətmə aparmaq olar. 1999-cu ildə Boris Yeltsinə qarşı impiçment prosesi ilə, o zaman ittihamlar siyahısı da kifayət qədər geniş idi. İmpiçmentin uğur şansı varmı? Paşinyanın istefası ideyası cəmiyyət arasında nə dərəcədə populyardır? Hakim Mülki Müqaviləsi partiyası Ermənistan Milli Assambleyasında yerlərin mütləq əksəriyyətinə nəzarət etdiyi üçün, təbii ki, belə bir qətnamənin parlament tərəfindən dəstəklənməsi şansı yoxdur. MPG/Gallup Beynəlxalq Assosiasiyasının 23-25 iyun tarixlərində vətəndaşlar arasında keçirdiyi sorğuya əsasən, respondentlərin 35,1%-i qəti şəkildə belə bir səsverməni dəstəkləməyə hazırdır, 18,6%-i isə müəyyən qədər dəstəkləyib. Bunun ictimai əhval-ruhiyyəni düzgün əks etdirib-əks etdirməməsi mübahisəlidir, lakin Nikol Paşinyanın bəyənmədiyi reytinqi əhəmiyyətlidir. Etimadsızlıq səsverməsini dəstəkləyən mitinqlərin miqyası əhəmiyyətli ola bilər, lakin biz artıq görmüşük ki, Paşinyan hökuməti əvvəlki illərdə, hətta çox genişmiqyaslı etiraz kampaniyaları şəraitində belə, daxili siyasi vəziyyətə nəzarəti saxlayıb.Yəni, Ermənistan hakimiyyətinə ciddi təzyiq göstərmək üçün belə kampaniya, məsələn, 2024-cü ilin yaz-yay əvvəlindən daha geniş və ya daha aqressiv xarakter daşımalı idi. Üstəlik, Paşinyan hökuməti üçün real təhlükə yaratmaq üçün ölkənin təhlükəsizlik qüvvələri əvvəlkindən qat-qat demotivasiyalı olmalı idi. Lakin hələlik belə bir ssenari üçün dəqiq ilkin şərtlər yoxdur. Qeyd edək ki, tanınmış müxalifət xadimlərinin və Erməni Apostol Kilsəsinin nümayəndələrinin həbsi Nikol Paşinyanın komandası üçün təhlükə yarada biləcək qədər böyük etiraz kampaniyasına səbəb olmayıb.Seçkilər bir ildən sonradır, Paşinyanın qələbə şansı barədə fikirlər də haçalıdır. Bu, şübhəsiz ki, Nikol Paşinyan və onun Mülki Müqaviləsi partiyası üçün çətin kampaniya olacaq. Ermənistanın bir sıra icmalarında 2025-ci ilin martında keçirilmiş bələdiyyə seçkilərinin nəticələri göstərdi ki, hakim partiya əhəmiyyətli dəstəyi saxlayır. Paşinyanın partiyası 2026-cı ildə seçkilərdə hələ də birinci yeri tutsa da, parlamentdəki mütləq çoxluğunu itirə biləcəyi bir vəziyyətə düşə bilər. Belə olan halda, bu, bir qədər Moldovada 2009-cu ilin iyulunda keçirilən parlament seçkilərindən sonra, o vaxt hakim kommunistlərin ən böyük fraksiya kimi meydana çıxdığı, lakin son nəticədə bir qrup müxalifət partiyasının hökuməti formalaşdırdığı vəziyyəti xatırladacaqdı.2026-cı ildə Nikol Paşinyan ya dəstəyini əhəmiyyətli dərəcədə artırmaq üçün bir yol tapmalı, ya da müxalifətdə əvvəlcə etiraz səslərinin bir hissəsini toplayacaq, sonra isə ona koalisiyaya qoşulacaq gizli müttəfiqi tapmalı olacaq.Müxalifətin tez-tez müraciət etdiyi impiçmentin isə parlamentdən keçmə şansı yoxdur. Paşinyan İkinci Qarabağ müharibəsi nəticəsində postunu tərk etmədiyinə görə indi də onu itirməyəcək. Paşinyanın bütün səhvlərinə baxmayaraq, müxalifət ondan daha az populyardır. Qarabağ klanı hələ 1990-cı illərdə yerli siyasi elita ilə fikir ayrılığına düşüb və İrəvanda dəstək görmür. Paşinyanın erməni kilsəsi ilə münaqişəsi onun opponentlərinə müəyyən ümidlər verir.
V.VƏLİYEV