Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının tədbirlər planına uyğun olaraq, ərazi partiya təşkilatlarında anım günü ilə baglı tədbirləri təşkil olunub.
Tədbirlərdə çıxış edənlər vurğulayıblar ki, Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Ordumuz 30 ilə yaxın müddət ərzində erməni işğalı altında qalmış torpaqlarımızı azad etmişdir.
Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Anım Günü kimi qeyd olunur. Bu qələbənin qazanılmasında qəhrəman Azərbaycan əsgərinin göstərdiyi igidlik və şücaət xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillərə örnək olacaqdır.