PDF Oxu

Siyasət

  • 683

Vətən müharibəsi şəhidi Qurban Mehtizadənin ildönümündə xatirəsi anılıb

image

28 sentyabr 2025-ci il ağstafalı Vətən müharibəsi şəhidi Mehtizadə Qurban Aydın oğlunun ildönümüdür. Bu münasibətilə Göycəlikənd qəbirsitanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan digər şəhidimizin də məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər