2025- ci ilin 25 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının BMT Baş Assambleyasının 80-ci sessiyasında məzmunlu və əhatəli çıxışı, özünəməxsus analizləri, ideyaları ilə hər kəsin diqqətini cəlb etdi. Çıxışda söylənilən beynəlxalq təhlükəsizlik çağırışları, iqlim dəyişikliyi, enerji təhlükəsizliyi və yeni əməkdaşlıq formatları kimi prioritet mövzuları əhatə etməklə yanaşı, Azərbaycanın regional və qlobal proseslərdə artan rolunu qeyd etdi.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Assambleyanın 80-ci sessiyasında çıxışında Ermənistanın Azərbaycana qarşı uzun illər ərzində həyata keçirdiyi işğal, etnik təmizləmə və hərbi cinayətlər siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. O, qeyd etdi ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində bir milyon azərbaycanlı doğma yurd-yuvasından didərgin salınıb, adi insan hüquqları kobud şəkildə pozulub. Qeyd olundu ki, ATƏT-in Minsk qrupu 30 ilə yaxın fəaliyyəti ərzində öz missiyasını yerinə yetirə bilmədi. Beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə status-kvonu qorumağa calışdı və nəticədə Azərbaycan 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu.
Sammitdə Ermənistanın müharibə zamanı şəhərlərimizə ballistik raketlər və kasetli mərmilər ataraq mülki əhaliyə qarşı törətdiyi hərbi cinayətləri də xatırlatdı.Müharibədən sonra dövlətimiz qarşı tərəfə sülh müqaviləsi təşəbbüsü ilə çıxış etdi.
Dövlət başçımız Vaşinqton Sammitinin eyni zamanda Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin əsasını qoyduğunu vurğuladı. Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması barədə imzalanan Anlaşma Memorandumu siyasi, iqtisadi, enerji, müdafiə və təhlükəsizlik sahələrində yeni əməkdaşlıq üfüqləri açır.
2020-ci ildə Vətən müharibəsində Qələbədən dərhal sonra dövlətimiz azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına start verdi. Ermənistanın işğal dövründə yüzlərlə şəhər və kəndi yerlə-yeksan etməsi, məscidlərin dağıdılması Azərbaycanın qarşısında böyük bərpa və quruculuq missiyası qoydu. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq on minlərlə vətəndaş doğma torpaqlara qayıdaraq yaşayış, iş və təhsil imkanları əldə edib.
Azərbaycan eyni vaxtda həm etibarlı enerji təchizatçısı, həm də bərpaolunan enerji mənbələrinin inkişafında aparıcı ölkə kimi çıxış edir. Hazırda Azərbaycan onlarla ölkəyə təbii qaz ixrac edir və bu göstərici ilə qaz ixracında dünya lideridir. Azərbaycanın tranzit imkanları son illərdə sürətlə genişlənib. Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin qovşağında yerləşən ölkəmiz Orta Dəhlizdə yükdaşımaların yüz faizə yaxınını təmin edib.
Prezidentimiz xatırlatdı ki, ölkəmiz təbii fəlakətlərdən və münaqişələrdən zərər çəkmiş ölkələrə, o cümlədən COVID-19 pandemiyası dövründə 80-dən çox dövlətə tibbi və maliyyə dəstəyi göstərib.
Prezident İlham Əliyev cənabları Azərbaycanın son illərdə keçdiyi yolu – müharibədə Qələbəni, işğala son qoyulmasını, bərpa işlərinə başlanmasını və sülhün təmin edilməsini tarixi nailiyyətlər kimi təqdim etdi. Bu təcrübə yalnız Azərbaycanın uğuru deyil, həm də beynəlxalq hüququn gec-tez üstünlük təşkil edəcəyinin sübutudur
Möhtərəm Prezidentimizin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın yalnız Cənubi Qafqaz regionunda deyil, həm də beynəlxalq aləmdəbaş verən proseslərdə fəal iştirakçı olduğunu göstərdi.
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri