PDF Oxu

Siyasət

  • 1 282

Zaqatalada tədbir keçirilib

image

Zaqatala rayonunun Suvagil kəndində şəhid Elvin Qədirov xatirəsinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə Milli Məclisin deputatı Asif Əsgərov, şəhid ailələri, qazilər, kənd ictimaiyyəti və Zaqatala Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin müqəddəs məzarları ziyarət olunub, gül dəstələri düzülərək ruhlarına dualar oxunub.Tədbirdə çıxış edən millət vəkili Asif Əsgərov Vətən uğrunda canlarını qurban vermiş qəhrəmanların şücaətindən danışaraq, şəhid adının ən uca zirvə olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycanın suverenliyinin təmin olunmasında şəhidlərimizin fədakarlığı mühüm rol oynayıb. Qeyd olunub ki, bu kateqoriyadan olan şəxslər daim dövlətin diqqət mərkəzindədir.
Tədbir iştirakçıları Vətən uğrunda həlak olan igidlərin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildiriblər.

Digər xəbərlər