PDF Oxu

Siyasət

  • 814

Ulu Öndər Heydər Əliyevin siyasi irsi

image

Məlum olduğu kimi 1993-cü ilin əvvəllərində hakimiyyət böhranı yaşayan Azərbaycan dövlətçiliyini və milli kimliyini itirmək təhlükəsini yaşayırdı. Bir tərəfdən erməni işğalçıları tərəfindən torpaqlarımızın zəbt edilməsi, digər tərəfdən ölkə daxilindəki xaos hakimiyyət böhranını getdikcə dərinləşdirirdi. Belə çətin bir zamanda xalq öz xilaskarına üz tutdu. Beləliklə, 1993-cü ilin iyunun 9-da xalqın təkidi və tələbi ilə ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəldi və xalqı bu təhlükədən xilas etmək üçün mühüm addımlar atmağa başladı. 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və bütün çətinliklərə baxmayaraq Ulu öndər xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü. Ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu.

Ömrünün böyük hissəsini xalqına və Azərbaycanın müstəqilliyinə, tərəqqisinə həsr edən Ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti və uzaqgörənliyi sayəsində doğma Azərbaycanımız dünyanın inkişaf etmiş ölkələri ilə bu gün bir sırada dayanır. Bu gün dövlətimiz Heydər Əliyev ideyaları ilə yaşayır və onun dövlətçilik konsepsiyası əmin əllərdədir. Eyni zamanda ölkəmizdə mövcud olan Prezident-Xalq, Xalq-Prezident birliyi məhz Ulu öndər Heydər Əliyev irsinin və siyasi kursunun məntiqi nəticəsidir.

1993-cü ilin iyunun 24-də ölkədə yaranmış mürəkkəb proseslərlə bağlı Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başlayan Ulu öndər Heydər Əliyev qısa müddət ərzində sosial-iqtisadi, siyasi və ordu quruculuğu istiqamətində mühüm addımlar atmağa başladı. Bu günki çiçəklənən və inkişaf edən müasir, müstəqil Azərbaycan dövləti Ümummilli lider Heydər Əliyevin şah əsəridir!

Milli dövlətçiliyi dağılmaq təhlükəsi qarşısında qalan Azərbaycan xalqı yalnız Ulu öndər Heydər Əliyev dühasına arxalandı, öz müstəqilliyini qorudu və möhkəmləndirdi.

Azərbaycanı, xalqımızı bəlalardan xilas edən Ümummilli liderin əsasını qoyduğu daxili və xarici siyasət kursunu layiqincə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu gün dünya dövlətləri içərisində öz layiqli yerini tutmağı bacarıb.Xüsusilə qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsi və 19 sentyabr tarixində həyata keçirilən lokal anti-terror əməliyyatları zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev düşmənə öz layiqli yerini göstərdi və tarixi Zəfərlərə imza atdı.

Elmin MƏMMƏDOV

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Digər xəbərlər