PDF Oxu

Siyasət

  • 719

Cəbrayılın azadlığı: tarixi qələbənin 5-ci ildönümü

image

Məlumdur ki, bu il Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin beşinci ildönümü tamam olur. Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ilk şəhərimizdir. Qeyd edək ki, müharibə başa çatdıqdan sonra dövlət başçımız bura səfəri zamanı mənzərə həqiqətən də acınacaqlı idi. Bu gün isə şəhərin mənzərəsi tamamilə dəyişib. Prezident İlham Əliyevin səfəri zamanı digər azad olunmuş ərazilərimizdə olduğu kimi, buraya da yeni həyatın qayıtdığını gördük. Cəmi 5 ildə baş verən dəyişikliklər uğurlu və sistemli bərpa-quruculuq prosesinin nəticəsidir. Dövlət başçımızın tapşırığına uyğun olaraq, ilk növbədə minalardan təmizləmə işlərinə start verildi. Çünki böyük qayıdış üçün ilkin şərt təhlükəsizliyin təmin olunması idi. Şəhərdə infrastruktur qurulur, müasir standartlara uyğun yaşayış məntəqələri salınır, sosial obyektlər inşa edilir.

Onu da qeyd edək ki, Cəbrayılda yeni sosial obyektlərin, sənaye müəssisələrinin təməlini qoyulub. Bu isə yeni iş yerləri deməkdir və yerli əhalinin məşğulluğunun təmin olunmasına töhfədir.Yeri gəlmişkən, Cənab Prezidentin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Cəbrayıl rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Ən əsası, otuz il yurd həsrəti ilə yaşayan soydaşlarımızın rahat və təhlükəsiz yaşayışı üçün bütün addımlar atılır. Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir. Prezident İlham Əliyevin də söylədiyi kimi, bu, həm də onu göstərir ki, keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni əsirgəmir.

Türanə Quliyeva,
YAP Göygöl rayon təşkilatı üzrə Qırıqlı kənd ərazi partiya təşkilatının üzvü

Digər xəbərlər