PDF Oxu

Siyasət

  • 1 399

Milli Məclisin deputatı Elnarə Akimova şəhid ailəsini ziyarət edib

image

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elnarə Akimova Sumqayıt şəhərində şəhid Bəxtiyar Güloğlan oğlu Muradovun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.Görüşdə millət vəkili 44 günlük Vətən müharibəsi zamanı şəhidlərin döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs edib, onların hər birinin mənalı həyat yolunun gənc nəsil üçün nümunə olduğunu vurğulayıb. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun işğal altındakı torpaqları azad etdiyini qeyd edərək, belə qəhrəman övladlar böyütdüklərinə görə şəhid valideynlərinə dərin təşəkkürünü ifadə edib.

Digər xəbərlər