PDF Oxu

Siyasət

  • 356

Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur

image

Bu gün Azərbaycanın hərb tarixində, qəhrəmanlıq salnaməsində əlamətdar səhifələrdən biridir. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 5 il öncə Füzuli şəhərini işğalçılardan azad etdi və Azərbaycan tarixində əlamətdar günlərdən birinin əsasını qoydu. Füzuli Azərbaycanın qədim ərazilərindən biridir.
"İlkin qiymətləndirmələrə görə, rayonda 100 mindən çox mina basdırılmışdır. Mina sahələri insan həyatına ciddi təhlükə yaratmaqla yanaşı, bölgənin iqtisadi bərpasını və məcburi köçkünlərin geri qayıdışını çətinləşdirir. Füzulinin bu cür intensiv minalanması beynəlxalq hüquqa zidd olmaqla, Ermənistan tərəfindən törədilmiş vandalizm aktlarının bir hissəsidir. Bu səbəbdən, Ermənistan hökumətini məsuliyyətə cəlb edilməli və vurulmuş ziyanın haqqı ödənilməlidir.
Füzulidə mülki əhaliyə və dövlət əmlakına dəyən ziyanın qiymətləndirilməsi məqsədilə müvafiq işçi qrupları yaradılmışdır. Hər bir zərərli təsirin sənədləşdirilməsi və təhlili, bölgənin bərpası prosesində strateji əhəmiyyət daşıyır. İşğal nəticəsində tamamilə dağıdılmış şəhərlər və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası və məskunlaşma planlarının həyata keçirilməsi Böyük Qayıdış Proqramının əsas prioritetlərindəndir. Proqramın birinci mərhələsinin icrası çərçivəsində, 2026-cı ilin sonuna qədər Füzuli rayonunda 22 min insanın məskunlaşacağı gözlənilir. Bu, rayona yeni həyat gətirməklə yanaşı, demoqrafik balansın bərpası və iqtisadi fəaliyyətin canlanmasında da mühüm rol oynayacaqdır.
Füzulinin bərpası təkcə ərazi və infrastruktur baxımından deyil, həm də insanların həyat şəraitini yaxşılaşdırmaq və bölgənin gələcək inkişafını təmin etmək baxımından vacibdir. Burada həyata keçirilən layihələr, gələcəkdə Füzuli rayonunu müasir və dinamik bir mərkəzə çevirmək məqsədi daşıyır və bu, bütün Azərbaycan xalqı üçün strateji əhəmiyyət daşıyır".

Vüsal Hüseynov

YAP Xocavənd rayon təşkilatının sədri

Digər xəbərlər