16 oktybar 2025-ci ildə YAP Tərtər rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatında “18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günüdür” mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçılar Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirigiriş sözü ilə açan DövlətAqrar İnkişafMərkəzi ərazipartiyatəşkilatınınsədriMehmanBabayevbildiribki, 2021-ciildənetibarən 18 oktyabryeniadıylaMüstəqilliyinBərpası Günü kimiqeydedilir. ƏPT sədri qeydedibki, Heydər Əliyevdahi şəxsiyyət, uzaqgörənlider, cəsarətliinsanidi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı dövlət müstəqilliyini əsrimizin əvvəlində əldə edibdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Rayon təşkilatının sədri bildirib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsi tarixi hadisədir və ölkə vətəndaşları üçün əlamətdar gündür. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olub. Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü daxili və xarici siyasət dövlətimizin daha da güclənməsinə, regionda lider olmasına gətirib çıxarıb. E.Əsədov 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfərə diqqət çəkərək vurğulayıb ki, bu Qələbə xalqımıza böyük qürur yaşatdı və bütün dünyada Azərbaycan üçün qalib ölkə imicini formalaşdırdı.
Digər çıxış edənlər dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən bəhs ediblər.