PDF Oxu

Siyasət

  • 530

Ağalı dünyanın ən müasir kəndlərindən biridir

image

Zəngilanın azadlığı Azərbaycanın suverenliyinin bərpası, Zəngəzur dəhlizinin reallaşması, regionun yeni geosiyasi mənzərəsinin formalaşması baxımından strateji əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Zəngilana çoxsaylı səfərləri bu bölgənin strateji əhəmiyyətini bir daha göstərir.

Ölkə başçısı 20 oktyabr 22021-ci il tarixdə Zəngilana səfəri zamanı yeni layihələrin təməlqoyma mərasimində iştirak etməklə yanaşı, burada aparılan abadlıq-quruculuq işləri o, cümlədən Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə ətraflı tanış olmuşdur.

“Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulmuşdur. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində icra edildi və 200 evdən ibarət gözəl kənd salındı. Kənddə məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar.

Bütün yaşayış evlərinin, sosial obyektlərin, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin edilməsi “Ağıllı kənd”in nə dərəcədə üstünlüklərə malik olduğunu göstərir.

Zəngilanda kənd təsərrüfatı sahəsində də ağıllı pilot layihəsi həyata keçirilir. "Dost Aqropark" adlanan layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir.

Bu gün Zəngilan rayonu yeni inkişaf dövrünü yaşayır. Ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinə inteqasiyası üçün Zəngilan rayonunda kifayət qədər potensial imkanlar mövcuddur. Rayonun təbii sərvətlərlə zəngin olması bir sıra istiqamətlərdə, xüsusilə sənaye və xidmət sahələrində innovativ məhsul istehsalı və xidmətlərin göstərilməsi üçün böyük üstünlüklər yaradır.

Akif ƏLİYEV,

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Digər xəbərlər