PDF Oxu

Siyasət

  • 711

Erməni vandalizminin izləri: dağıdılmış dini və tarixi abidələr

image


İşğal dövründə ermənilər təkcə torpaqlarımıza deyil, həm də mədəni və dini irsimizə qarşı əsl vandalizm nümayiş etdirdilər. Zəngilan rayonunda yüzlərlə tarixi abidə, məscid, türbə, pir və ziyarətgah dağıdıldı, təhqir olundu. XVII əsrə aid İmam Hüseyn məscidi, XIX əsrin sonlarında tikilmiş Malatkeşin, Qırıq Muşlan, Muşlan və Rəzdərə kəndlərindəki məscidlər ya yerlə yeksan edildi, ya da tövləyə çevrildi. Tarixi Alban kilsələri olan Xanazor və Yeməzli kəndlərindəki dini məkanlar da dağıdıldı və mənimsənməyə çalışıldı. Bu abidələr təkcə dini deyil, həm də memarlıq baxımından yüksək dəyərə malik idilər. Onlar xalqımızın yüzilliklər boyu formalaşdırdığı inancı, mədəniyyəti və yaşayış tərzini əks etdirirdi. Bu irsin qorunmaması və sistemli şəkildə məhv edilməsi, bir daha göstərir ki, Ermənistan tərəfindən aparılan işğal siyasəti təkcə hərbi deyil, həm də mədəni soyqırım siyasəti idi. Bu gün isə Azərbaycan dövləti azad edilmiş ərazilərdə bu abidələrin bərpası üçün mühüm işlər həyata keçirir.

Şakir Əhmədov
YAP Laçın rayon təşkilatının 40 saylı ƏPT-nin sədri
Laçın rayon 45 nömrəli tam orta məktəbin direktoru

Digər xəbərlər