PDF Oxu

Siyasət

  • 520

Yeni islahatlar növbəti uğurlara yol açır TƏHLİL

image

Azərbaycan bütün sahələrdə geniş və əhatəli uğurlara imza atır. Bu da ölkəmizin dünya miqyasında yerinin və rolunun daha da artmasına, nüfuzunun yüksəlməsinə təkan verir. Əksər beynəlxalq maiyyə qurumları Azərbaycanın dünya miqyasında müsbət uğurlara nail olan dövlət kimi xarakterizə edirlər. Son 22 ilin göstəricilərinə nəzər salsaq məlum olar ki, ölkəmizin bu illər ərzində iqtisadiyyatının davamlı və dinamik inkişaf etdiyini görərik. Ötən dövr ərzində regionda reallaşdırılan irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib. Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı üzərində qurulan siyasət nəticəsində ötən 22 il ərzində misilsiz uğurlara imza atılıb. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib. Azərbaycanın qazandığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanır. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Həmçinin “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılıb. Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verilib. Uğurlu sosial-iqtisadi siyasət, icra olunan ardıcıl və məqsədyönlü dövlət proqramları yoxsulluğun kəskin şəkildə azalmasını şərtləndirməklə, ölkəmiz bu sahədə müsbət təcrübəsinə görə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edilib.

İqtisadi uğurlar əhalinin sosial durumunun daha da yaxşılaşmasına təminat verir

Ölkənin maliyyə imkanları yaxşılaşdıqca xarici borclanmadan da asılılıq azalıb. Belə ki, xarici dövlət borcunun ÜDM-ə nisbəti 20,3 faizdən 10,0 faizə azalıb və xarici dövlət borcunun ümumi dövlət borcu portfelində payı 94,9 faizdən 25,7 faiz bəndi azalaraq 2023-cü il 01 iyul tarixinə 69,2 faizədək endirilib. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi məqsədilə, daxili dövlət borclamasına üstünlük verilməsi ölkədə qiymətli kağızlar bazarının inkişafına yönəlmiş addımdır.

“Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın hədəflərinə uyğun olaraq, ötən dövr ərzində ölkədə qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə dövriyyədə olan dövlət istiqrazlarının həcmi davamlı olaraq artırılaraq, 812,2 milyon manatdan təqribən 7 dəfə çox artaraq cari tarixə 6 milyard manatadək genişləndirilib.Dövlət büdcəsi ilə bağlı atılan digər ən önəmli addımlardan biri büdcənin qeyri-neft gəlirlərinin 20,5 dəfədən çox artmasına nail olunması, büdcə gəlirlərində sektorun payının 50%-ə çatmasıdır. Ötən dövr ərzində dövlət büdcəsi həm sosial, həm də investisiya istiqamətli olub. Bu dövrdə müdafiə və milli təhlükəsizlik xərcləri 44,5 dəfə artaraq 6054,8 milyon manata, təhsil xərcləri 18,8 dəfə artaraq 4407,2 milyon manata, səhiyyə xərcləri 32,6 dəfə artaraq 1805,0 milyon manata, sosial müdafiə və sosial təminat xərcləri 20,2 dəfə artaraq 4315,9 milyon manata çatıb. Hazırda büdcə xərclərinin təxminən 1/3-i investisiyaların maliyyələşməsi məqsədlərinə yönəldilir. Ümumilikdə, 2003-2024-cü illərdə görülən işlərin iqtisadi inkişafa, makro-iqtisadi sabitliyə təkan verməsinin təsirini beynəlxalq maliyyə təşkilatlarının, kredit reytinq agentliklərinin reytinq qiymətləndirmələrində və ölkə üzrə proqnozlarında da müşahidə edə bilərik. Yeri gəlmişkən, “Fitch Ratings” beynəlxalq kredit reyting agentliyi tərəfindən bu il iyulun 26-da Azərbaycanın uzunmüddətli xarici valyutada reytinqinin bir pillə artırılaraq BBB-, yəni investisiya dərəcəli reytinqə yüksəldilməsi barədə qərar vermişdir.

Artıq 5-ci ildir ki, Azərbaycan Qarabağ regionunun işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı dirçəliş proqramı həyata keçirir. Dağıdılmış kənd və şəhərlə­rin yerində qısa müddətdə “Ağıllı kənd”lərin bünövrəsi qoyuldu, 2022-ci il isə azad edilmiş Zəngilanda salınmış ilk Ağalı “Ağıllı kənd”inə qayıdışına başlanğıc ili oldu. 2022-ci il noyabrın 16-da “Azərbaycan Respublika­sının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edildi. 2021–2023-cü il­lərdə Qarabağ və Şərqi Zəngəzurda layihələrin həya­ta keçirilməsinə 7 milyard dollar ayrılıb, 2024-cü ildə dövlət büdcəsindən bu məqsədlər üçün minimum daha 2,4 milyard dollar vəsait yönəldiləcək. 2022-ci il iyulun 19-dan bu günədək 2 şəhərə (Laçın və Füzuli şəhərləri) və 3 kəndə (Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndləri) 4 min 516 keçmiş məcburi köçkün qayıdıb, bu, 1134 ailə deməkdir. Bu günə qədər ümumilikdə işğaldan azad edilən ərazilərə 44 münə qədər insanın qayıdışı təmin edilib. Söz yox ki, fundametla işlər, geniş miqyaslı uğurlar bir daha təsdiq edir ki. Azərbaycan xalqı 2003-cü il prezident seçkilərində Ulu Öndər Heydər Əliyev siyasətini davam etdirlməsi üçün Cənab İlham Əliyevin Prezident seçilməsinə səa verməklə müdirik qərar verib. Bunu Yenilməz Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyev yeli televizya kanallarına verdiyi müsahibəsin dəd geniş və əhatəli şəkildə qeyd edir: “ 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi”.

Qələbələrin möhtəşəm zirvəsi

Azərbaycanda əldə olunan uğurların, nailiyyətlərin ən yüksək zirvəsi 44 günlük Vətən Müharibəsində qazanılan hərbi, siyasi, diplomatic qələbədir. 2020-ci il sentyabr ayının 27-dən başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində qələbə ilə başa çatdı. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq 8 noyabr Zəfər günümüz gələcək bütün tariximizdə daim yaşayacaq. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Azərbaycan xalqına çatdırarkən demişdir: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”. Bu fikirləri ilə Prezident İlham Əliyev bir daha Ulu Öndərimizin siyasətini inamla və qətiyyətlə davam etdirdiyini və Dahi Öndərin “torpaqlarımızın işğaldan azad edilməsi” vəsiyyətini böyük fəxarət və qürurla yerinə yetirdiyini göstərir. Bu qələbə xalq-iqtidar birliyinin nəticəsidir. Bu, “Qarabağ Azərbaycandır və nida” deyən Qalib Sərkərdəmizin “Dəmir yumruq” siyasəti ilə güclü Ordumuzun 44 gün ərzində qazandığı Qələbə Zəfəridir. 8 noyabr Zəfər Günü - 44 günlük Vətən müharibəsində Vətən uğrunda canından, qanından keçən igid əsgər və zabitlərimizin şəhidlik zirvəsinə ucaldığı milli qürurumuzun, yenilməzliyimizin nümayiş etdirildiyi gündür. Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev xalqa müraciətdə böyük Qələbəni xalqına bəyan etməkdən böyük fəxarət və qürur hissi duyduğunu deyib: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”. Oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyev üçrəngli Bayrağımızı ucaltdı. Prezidentimiz Dövlət Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində demişdir: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək”.

Təbii ki, uğurlar davamlı xarakter daşıyacaq. Çünki Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət və bu siyasəti Prezidentimiz İlham Əliyev tərəfindən möhtəşəm şəkildə davam etdirməsi qələbələrin və zəfərlərin Azərbaycan xalqı və dövləti durduqca var olacağına əsas verir.

İLHAM ƏLİYEV

Digər xəbərlər