PDF Oxu

Siyasət

  • 658

İşğalın acı fəsadları

image

Qarabağ müharibəsi zamanı Azərbaycanın itirdiyi mühüm strateji bölgələrdən biridə Qubadlı rayonu olmuşdur. Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Qubadlı rayonu 31 avqust 1993-cü ildə işğal olundu və bu işğal illərlə həm regionun inkişafını, həm də insanların həyatını mənfi təsir altına saldı.

İşğalın fəsadları geniş miqyasda nəzərə çarpırdı və bir neçə əsas sahəyə toxunurdu.İşğal nəticəsində rayonun dinc əhalisi öz doğma torpaqlarını tərk etməyə məcbur qaldı. Yüzlərlə ailə evlərini itirərək qaçqın vəziyyətinə düşdü. Azərbaycanda minlərlə Qubadlı sakini ölkənin müxtəlif bölgələrində məcburi köçkün kimi ağır şəraitdə yaşamağa başladı. Bu, onların sosial, iqtisadi və psixoloji vəziyyətlərinə ciddi təsir göstərdi.
Qubadlı kənd təsərrüfatı və heyvandarlıq sahəsində mühüm bir rayon idi. İşğal dövründə bütün təsərrüfat strukturları dağıdıldı, əkin sahələri məhv edildi. Əhalinin gəlir mənbələri itdi və rayonun iqtisadi potensialı tamamilə sarsıldı.

İşğal illərində Qubadlının tarixi və mədəni abidələri ciddi şəkildə zərər gördü və bir çox hallarda dağıdıldı. Bu abidələr arasında qədim məscidlər, türbələr və digər mədəni irs obyektləri vardı. Ermənistanın işğalı nəticəsində bu abidələr vandalizmə məruz qaldı, məhv edildi və ya talan edildi.

Qubadlı zəngin təbiəti ilə tanınan bölgələrdən biri idi. Meşələr, dağlar və su ehtiyatları regionun ekoloji balansında mühüm rol oynayırdı. Lakin işğal nəticəsində bu təbii sərvətlər də ciddi şəkildə istismar edildi və ətraf mühitə böyük zərər vuruldu.
İşğal yalnız maddi deyil, həm də mənəvi zərbələr vurdu. Rayon əhalisi öz yurd-yuvasından didərgin düşdü, bu isə onların psixoloji sağlamlığına, həmçinin gələcək nəsillərin doğma torpaqları ilə bağlı xatirələrinə təsir etdi.

Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edildi. Bununla da Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Bütün bunlara görə, Ali Baş Komandan, böyük sərkərdə, bu Qələbənin bizə yaşadan cənab İlham Əliyevə borcluyuq. Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirik. 30 ildən çoxdur əzablı, məşəqqətli məcburi köçkünlük həyatı yaşayan insanlarımız öz doğma yurd yerlərinə qayıdıb yaşayacaqlar. Azərbaycanın həmin guşələri yenidən dirçələcək, yurd yerlərimiz, işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar həyatına dönəcək.

Vüsal Hüseynov

YAP Xocavənd rayon təşkilatının sədri

Digər xəbərlər