PDF Oxu

Siyasət

  • 876

Yasamal rayonunda silsilə idman yarışlarına (minifutbol, şahmat və dama) start verilib

image

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı şəhər Gənclər və İdman İdarəsi üzrə Yasamal rayon Gənclər və İdman sektorunun və Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünə və Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 illik yubileyinə həsr olunan Yasamal rayonu ərazisində fəaliyyət göstərən təşkilat və müəssisələrdə çalışan əməkdaşlardan ibarət komandalar arasında baş tutan, silsilə idman yarışlarının (minifutbol, şahmat və dama) açılış mərasimi baş tutub.

Oktyabr ayının 29-da ilk öncə Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində dama idman növü üzrə yarış baş tutub.

Açılış mərasimində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Bakı şəhər Gənclər və İdman İdarəsi üzrə Yasamal rayon Gənclər və İdman sektorunun müdiri İlham Səfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktor müavinləri Nigar Şirəliyeva və Sevda Axundova, Yasamal rayonunda fəaliyyət göstərən təşkilat və müəssisələrin rəhbər heyəti və komandaları iştirak edib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış mərasimində çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev bildirib ki, Yasamal rayonunda start verilən idman yarışları Zəfər Gününün 5-ci ildönümü və Elmlər Akademiyasının təsis edilməsinin 80 illik yubileyinin mənəvi birləşdiyi möhtəşəm tədbirdir. Bu yarışlar Azərbaycan xalqının həm elm, həm də idman sahəsindəki uğurlarını simvolizə edir. Minifutbol, şahmat və dama üzrə turnirlərdə iştirak edənlər milli birliyin və qələbə ruhunun daşıyıcılarıdır. Bu tədbir cəmiyyətin müxtəlif təbəqələrini bir araya gətirərək həmrəylik və qürur hissini gücləndirir. Yarışlar həm də iştirakçıların sağlam həyat tərzinə marağını artırır. Elmlə idmanın sintezi milli inkişafın müasir mərhələsini nümayiş etdirir. Bu təşəbbüs dövlətin mədəni, elmi və idman siyasətinin harmoniyasını əks etdirir. Yasamal rayonunda keçirilən bu silsilə idman yarışları gələcək nəsillər üçün ruhlandırıcı örnəkdir. Burada əsas məqsəd yalnız qələbə deyil, milli dəyərlərin yaşadılmasıdır. Çıxışının sonunda Hüseyn Əfəndiyev komandalara uğurlar arzu edib.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Yasamal rayonunda təşkil olunan minifutbol, şahmat və dama yarışları həm idman, həm də milli qürur bayramıdır. Bu silsilə tədbirlər Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümü münasibətilə keçirilir. Yarışların eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 illik yubileyinə həsr olunması elm və idmanın birliyinin simvoludur. Bu təşəbbüs əməkdaşların sağlam ruhda, milli dəyərlərə sadiq şəkildə inkişafına xidmət edir. Yarışlarda yaradılan səmimi mühit həm idmançılar, həm də tamaşaçılar üçün böyük motivasiyadır. Bu tədbirlər ölkəmizdə idmana və elmi düşüncəyə verilən önəmin bariz göstəricisidir. Yarışların yüksək səviyyədə təşkili dövlətin bu sahədə olan siyasətinin uğurlu tətbiqini əks etdirir. Bu silsilə yarışlar Vətən sevgisinin və birlik ruhunun təntənəsidir. Bəxtiyar Nəbiyev çıxışının sonunda yarışda iştirak edən komandalara uğurlar arzu edib.

Bakı şəhər Gənclər və İdman İdarəsi üzrə Yasamal rayon Gənclər və İdman sektorunun müdiri İlham Səfərov çıxış edərək qeyd edib ki, Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümü münasibətilə Yasamal rayonunda keçirilən idman yarışları böyük maraq doğurub. Minifutbol, şahmat və dama üzrə yarışlar həm idmançıların, həm də tamaşaçıların diqqət mərkəzindədir. Bu yarışların həm də Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 illik yubileyinə həsr olunması mənəvi dərinlik və elmi simvolizm yaradır. Yarış iştirakçıları üçün bu tədbirlər həm dostluq, həm də rəqabət meydanıdır. Bu tədbirlər, həm də şəhidlərimizin ruhuna ehtiramın idman vasitəsilə ifadəsidir. Yasamalda bu yarışların təşkili iştirakçıların vətənpərvər ruhda daha da inkişafına mühüm töhfə verir. Dövlətin idman siyasətinin yerli səviyyədə bu cür uğurla tətbiqi böyük təqdirəlayiqdir. İlham Səfərov da çıxışının sonunda iştirakçı komandalara uğurlar arzu edib.

Çıxışlardan sonra dama idman növü üzrə yarışa start verilib. Yarışın sonunda qalib komandanların üzvlərinə müvafiq olaraq diplom və medallar təqdim edilib, yarışı idarə edən hakimə hədiyyə təqdim edilib. Sonda ilk üç yerin qalibi olmuş komandaların üzvləri ilə xatirə şəkli çəkilib.

Digər xəbərlər