Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının 69 saylı (Gəncə Dövlət Aqrar Kolleci) ərazi partiya təşkilatında partiya fəalları və gənclərlə görüş keçirilib.Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov çıxışında bildirib ki, hakim partiya olan Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin etimadını doğruldaraq dünənin, bu günün və gələcəyin partiyası olduğunu atdığı addımları ilə təsdiqləyib. Onun sözlərinə görə, partiyanın ən böyük uğurlarından biri xalqın sevgisini, etimadını və inamını qazanmasıdır. Bunun da əsas səbəbi partiyanın sözlə əməl birliyinə sadiq qalmasıdır.YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxışında vurğulayıb ki, şərəfli tarixə malik Yeni Azərbaycan Partiyası ölkənin sürətli inkişafında, beynəlxalq nüfuzunun artmasında və bütün sahələrdə əldə olunan nailiyyətlərdə mühüm rol oynayır. “Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Yeni Azərbaycan Partiyası ölkəmizin hər bir uğurunda öz payına malikdir. Heydər Əliyevin memarı olduğu bu partiya təkcə ölkə daxilində deyil, beynəlxalq arenada da Azərbaycanın mövqeyinin möhkəmlənməsinə töhfə verir”, - deyə Bayram Aslanov qeyd edib.Gəncə Dövlət Aqrar Kollecinin direktoru Fəqan Ağayev isə çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın ən güclü siyasi təşkilatına çevrilib. O, YAP sıralarında birləşən vətəndaşların Ulu Öndər Heydər Əliyevin ideyalarının layiqli davamçıları olduğunu vurğulayıb və kollecin müəllim-tələbə heyətinin də partiya üzvləri arasında təmsil olunduğunu bildirib.Tədbirdə kollecin II kurs tələbəsi Sənan Mehdiyev vətənpərvərlik ruhunda gitarada ifa edib.Sonda partiya sıralarına yeni qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim edilib.