8 Noyabr- Zəfər gününə həsr olunmuş növbəti tədbir Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı və Qusar rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbir öncəsi partiya fəalları, şəhid anaları,qazilər xəstəxananın foyesindəki şəhidlərin xatirə lövhəsinə güllər düzüblər. Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş "Qəhrəmanların izi ilə" mövzusunda tədbir Ulu Öndər Heydər Əliyevin və respublikamızın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb,ardından Azərbaycan Respubkikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə Birinci Qarabağ, Vətən müharibəsinin iştirakçısı Qusar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru İmran Qurbanov açaraq döyüş yolu,mübaribə şətaitində həkimlərin və tibb işçilərinin göstərdiyi fədakarlıqlar,Vətən müharibəsində xəstə və yaralılara göstərilən operativ xidmətdən və dövlətimizin tibbi təchizatla bağlı yüksək təminatından danışıb.
Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov geniş şəkildə çıxış edərək müharibə dönəmində Ali Baş Komandan,Prezident İlham Əliyevin qətiyyətli sərkərdəlik qabiliyyətindən,milli birlik faktorunun vacib əhəmiyyətindən danışıb.
Çıxış edənlər Nadirşah Şirinov, Vətən müharibəsi şəhidi Oleq Cəfərovun anası Tinatin Cəfərova, qazi Volodya Maverdiyev, həkim, müharibə iştirakçısı Şair Bayramov ürək sözlərini və xatirələrini dilə gətirdilər.
Qusar Səhiyyə işçiləri Həmkərlar İttifaqının sədri Natavan Butayeva çıxış edərək bir qrup tibbi sahədə çalışan müharibə iştirakçısına, şəhid analarına təşəkkürnamə və pul mükafatı təqdim edib.
Sonda Zəfər gününə həsr olunmuş videoçarx nümayiş olunub.