PDF Oxu

Siyasət

  • 416

Konstitusiya hüquqi dövlətin təməlidir

image

Azərbaycan xalqı hər il 12 noyabr tarixində dövlətçiliyimizin ən önəmli sütunlarından biri olan Konstitusiya Gününü qürur və iftixar hissi ilə qeyd edir. Bu gün yalnızhüquqi sənədin qəbulunun deyil, eyni zamanda xalqın azadlıq, müstəqillik vəmilli iradəsinin təntənəsidir. XX əsrin sonlarında SSRİ-nin süqutu ilə Azərbaycanınqarşısında yenidən müstəqil dövlət qurmaq imkanı yarandı. Lakin azadlıq təkcə siyasisərhədlərlə məhdudlaşmırdı – azad cəmiyyətin və hüquqi dövlətin əsasını yaradan sənəd – Konstitusiya zəruri idi. 1991-ci ildə Dövlət Müstəqilliyi haqqında Aktın qəbulundan sonra ölkədə yeni hüquqi sistemə ehtiyac yaranmışdı. Keçmiş sovet qanunları artıq müstəqil Azərbaycanın maraqlarını əks etdirmirdi. Məhz bumərhələdə Ulu Öndər Heydər Əliyev xalqın iradəsinə əsaslanaraq müstəqil dövlətingələcəyini müəyyən edən Konstitusiya konsepsiyasını hazırlamağı qarşıya məqsədqoydu. 1995-ci ildə Heydər Əliyevin rəhbərliyi iləKonstitusiya Komissiyası yaradıldı. Sənəd layihəsi ümumxalq müzakirəsinə təqdimedildi. İctimaiyyətin minlərlə təklifi və rəyinin nəzərə alınması iləformalaşan bu sənəd 12 noyabr 1995-ci ildə keçirilən referendum vasitəsilə qəbuledildi.Beləliklə, Azərbaycan xalqı tarixində ilk dəfə olaraq öz müstəqil dövlətinin Əsas Qanununu özü qəbuletdi. Bu, həm hüquqi, həm də mənəvi baxımdan xalqın suverenliyinin, milli iradəsininvə dövlətçilik ənənələrinin rəsmi təntənəsi idi. Azərbaycan Respublikasının Konstitusiyası təkcə hüquqi sənəd deyil, həm də xalqın dövlətə, ədalətə vəazadlığa olan münasibətinin ifadəsidir. Konstitusiyanın əsas prinsipləri Azərbaycanı müasir, dünyəvi, çoxmillətli və tolerant dövlətəçevirmiş, ölkənin inkişaf modelinin ideoloji və hüquqi təməlini formalaşdırmışdır . Azərbaycanın Konstitusiyası dinamik sənəddir. O, zamanın tələblərinə uyğun şəkildə inkişafedir. 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar nəticəsində ƏsasQanuna mühüm dəyişikliklər edilmişdir. Bu dəyişikliklər - Dövlət idarəçiliyinidaha çevik etmiş, insan hüquqlarının təminat mexanizmini gücləndirmiş, qanunvericivə icra hakimiyyəti arasında balansı daha səmərəli etmişdir. Bu islahatlar Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilərək Azərbaycanımüasir hüquqi dövlət modelinə çevirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ili “Konstitusiya vəSuverenlik İli” elan etməsi, dövlətimizin hüquqi və siyasi inkişafına verilənyüksək qiymətin göstəricisidir. “Konstitusiya və Suverenlik İli” həm də müstəqil Azərbaycan dövlətinin suverenlik yolunun təntənəsidir. Bu yol çətin, lakin şərəflibir yoldur – 1990-cı illərin mürəkkəb siyasi proseslərindən 2020-ci ilin ZəfərQələbəsinə, oradan da bu gün qüdrətli, sabit və inkişaf edən Azərbaycan Respublikasına qədər.Ulu Öndər HeydərƏliyevin sözləri ilə desək: “Azərbaycan Respublikasının Konstitusiyası müstəqildövlətimizin həyatının hüquqi əsaslarını təmin edən, xalqın iradəsini əks etdirənsənəddir. Onun qorunması hər bir vətəndaşın şərəfli vəzifəsidir.” Azərbaycan dövləti var olduqca, onun Əsas Qanunu – xalqın azad iradəsini əks etdirən Konstitusiya da daim yaşayacaq və gələcəknəsillərə suverenlik məktəbi olacaq.

Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri

Digər xəbərlər