PDF Oxu

Siyasət

  • 582

Tramp təxribat maşını olan BBC-ni tarixin arxivinə göndərir ANALİZ

image

Hansı sahədə çalışmağından, fəaliyyət göstərməyindən asılı olmayaraq, yetər ki ədalət hissini itirməyəsən, haqlı, əsaslı mövqedən çıxış edəsən. Görünən ondan ibarətdir ki, çoxları ali hesab olunan dəyərlərə riayət etmirlər. Hər məqamda qərəzli olur, yanlış, mövqedən çıxış edir. Bu kimi halları daha çox siyasətçilər, media orqanları arasında görmək olar. Xüsusilə də, müxtəlif qaranlıq dairələrdən maliyyələşən KİV-lər sifarişlərə uyğun fəaliyyət yolu tuturlar ki, bu da cəmiyyətlər tərəfindən narazılıqlarla qarşılanır. Hətta bəzən sifarişlər o dərəcədə anormal xarakter daşıyır ki, media orqanları onları icra etməklə özlərini yandırmış olurlar. Misal olaraq dünya media quruluşları arasında təxribat maşını kimi təqdim olunan BBC-ni göstərmək olar. Bu qondarma media qurumu özəl maraqların sifarişlərinin qulu olduğu üçün əksər hallarda cəmiyyətlər tərəfindən sərt tənqidlərlə qarşılanıblar. Bir qədər əvvəl Nigeriya dövləti BBC-nin ölkə ərazisində yayımını qadağan etmişdi. Eyni analoji addımı Rumıniya, Kolumbiya, Malayziya, indiki fars-molla rejimi, Kanada və digər dövlətlər atıblar. Yəni BBC-nin ölkələrinin ərazisində yayımına qadağa qoyublar. ABŞ prezidenti Donalt Trampın atacağı addım isə BBC-nin maliyyə cəhətdən çöküşünə və sıradan çıxmasına gətirib çıxaracaq. ABŞ Prezidenti Donald Tramp BBC-nin “Panorama” proqramının onun çıxışlarından birini dəyişdirdiyini bildirərək, kanala qarşı 5 milyard dollar məbləğində iddia qaldıracağını açıqlayıb. D.Tramp iddianın bu həftənin sonuna qədər rəsmi olaraq təqdim ediləcəyini deyib və məbləğin 1 milyard ilə 5 milyard dollar arasında olacağını qeyd edib: “Düşünürəm ki, bunu etməliyəm. Məsələ ilə bağlı Böyük Britaniyanın Baş naziri Kir Starmeri də məlumatlandırmışam”.

BBC vicdansızlıq edib

Diqqətçəkən məqam ondan ibarətdir ki, BBC etdiyi kobud səhvi anlayaraq, D.Trampdan üzr istəyib. Eyni zamanda 2 yüksək vəzifəli rəhbər istefaya göndərilib. Ancaq D.Trampın vəkilləri üzrxahlığı rədd ediblər. D.Tramp "Fox News"a verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, BBC onun çıxışını redaktə etməklə sözlərinin mahiyyətini təhrif edib: "Düşünürəm ki, məcbur olacağam. Niyə də yox? Çünki onlar ictimaiyyəti çaşdırdılar. Və bunu etiraf ediblər. Düşünürəm ki, bunu etmək mənim öhdəliyimdir. Çünki insanların bunu etməsinə icazə verə bilməzsiniz".

ABŞ prezidenti BBC jurnalistlərinin hərəkətlərinə toxunaraq bildirib: "Bu, çox vicdansızlıq idi". Bu təhqiredici ifadə yerində və əsaslı şəkildə deyilmiş ifadədir. Çünki BBC həqiqətən də təxribat maşınıdır və yazdıqları yazılara, paylaşdıqlar videolar yalan üzərində qurulub. BBC-nin yaramazlığı nəhayət onların rüsvay olmaları ilə yanaşı gündəmdən silinmələrinə gətirib çıxarıb. Bu üzdəniraq media qurumu dəfələrlə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib, yalanlar yazıb, şər və böhtanlar səsləndirib. Xüsusilə də 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsi dönəmində bu üzdəniraq media qurumu hər cür iyrənc vasitə və üsullardan istifadə etməklə haqq işimizə kölgə salmağa çalışmışdı. Dəfələrlə BBC erməni maraqlarından çıxış edən reportajlar yayımlamışdı, şərhlər, təhlillər vermişdi. Hətta beynəlxlaq hüquq norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanın ayrılmaz hssəsi olan Qarabağla bağlı ikibaşlı fikirlər səsləndirməkdən çəkinməmişdir. 2024 -cü ilin fevralında BBC-ci “Qarabağda humanitar böhran “ adlı özünürüsvay edən veriliş yayımlamışdı. Verilişin aparıcısı erməni kökənli Kristian Frezerin yaxın qohumlarından olan Serj Tankiyanı və Artak Beqlaryanla üzbəüz oturub, Azərbaycan haqqında şər və böhtan xarakterli müzakirələr qurmuşdu. Erməni kökənli Kristian Frezerin həyasızcasına hazırda Londonda yaşayan Artak Beqlaryanı Qarabağdakı ermənilərin rəhbərlərindən biri kimi təqdim etmişdi. Bu qanmazı qandırmaq olmur ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı coğrafi ərazi yoxdur. Digər tərəfdən bu məxluq anlamır ki, Azərbaycan dövləti Böyük Britaniyanın ərazi bütövlüyünü, Böyük Britaniya isə Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Əgər sizlər erməni lobbisinin ayırdığı maliyyə vəsaitindən ruhlanıb, vətəndaşı olduğun Böyük Britaniyanın dövlət siyasətinə qarşı çıxan fikrilər söyləyirsinizsə, deməli, BBC ciddi qurum hesab edilə bilməz. Haqlı olaraq bu qeyri-ciddi fəaliyyət yolu tutan BBC tarixin arxivinə göndərilməlidir ki, bunu da artıq ABŞ prezidenti D.Tramp həyata keçirməkdədir.

İLHAM ƏLİYEV

Digər xəbərlər