PDF Oxu

Siyasət

  • 474

Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalandı

image

30 ilə yaxın bir müddət ərzində erməni işğalında qalan torpaqlarımız Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan ordusunun sücayəti və qəhramanlığı sayəsində Azərbaycanın haqq davası olan 44 günlük Vətən Müharibəsi zamanı işğaldan azad olundu və tarixi ədalət bərpa olundu. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu.

Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. 27 ildən sonra Qarabağın dilbər guşəsi, cənnətməkanın giriş qapısı sayılan Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalandı.

Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti ilə bir güllə atılmadan düşmənin geri qaytardığı Ağdam indi yenidən quruculuğun baş meydanına çevrilib.

28 may 2021-ci il tarixdə cənab Prezidentin iştirakı ilə Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Ağdam şəhər 1 saylı orta məktəbin yeni binasının və Ağdam şəhərinin bərpasının təməl daşı qoyuldu. İlham Əliyev Ağdam şəhər meşə-parkında ağac əkdi, Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində oldu, Zəfər Muzeyi və açıq havada İşğal Muzeyinin layihəsi ilə maraqlandı, Qiyaslı məscidində, Şahbulaq qalasında oldu. Ağdamın Baş planı təqdim edildi. Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Baş plana əsasən, Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhərətrafı bağlar 2450 hektar olacaq. Burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq. Ağdam şəhərində həm fərdi evlər, həm də yüksəkmərtəbəli yaşayış binaları inşa olunacaq. Əhalinin 30 faizi fərdi evlərdə yaşayacaq.

İntiqam QULIYEV

YAP Ağdam rayon təşkilatının sədr müavini

Digər xəbərlər