PDF Oxu

Siyasət

  • 1 091

Ukrayna "tort masası"nda...

image

Mətləb Salahov: "Dünya gücləri hazırda Ukraynanı bölüşdürmək üçün baş sındırırlar"

"Hazırda Ukraynadakı vəziyyət olduqca kritik mərhələyə daxil olub. Artıq Ukrayna üzərində yeni xəritə hazırlanır. Rusiya-ABŞ-Avropa üçbucağı hazırda bu qədim slavyan torpaqlarını bölüşdürmək üçün didişirlər. Ukrayna üçün hazırlanan yeni xəritə həm də Rusiya və Qərb arasında yeni siyasi sərhədləri müəyyənləşdirmək məqsədi ilə tərtib edilir. Əlbəttə Donald Trampın hazırladığı 128 bəndlik sülh planı həm də Ukraynanın ərazi itkisini nəzərdə tutur. Ukrayna mütləq güzəştə getməlidir, plan belədir."Bu barədə SİA-ya şərhində jurnalist ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, artıq ABŞ tərəfindən təqdim edilən sülh planı ABŞ-Rusiya-Avropa arasındakı anlaşma məsələsində əngələ düşüb. "Problem odur ki, 128 bəndlik sülh planı üstündə ABŞ və Rusiya arasında anlaşma olsa da, Avropa dövlətləri bu plana qarşı çıxırlar. "Qoca qitə" hazırda Ukraynanı Rusiyaya qarşı özünün "canlı qalxanı" kimi baxır. Avropa İttifaqı var gücü ilə Ukraynanı Rusiyaya və D. Trampa yem etməməyə çalışır.Çünki ABŞ-ın hazırladığı sülh planında daha çox Rusiyanın maraqları nəzərə alınıb və açıq-aşkar görünür ki, Ukrayna torpaqları tort dilimi kimi bölünür. ABŞ Administrasiyası var gücü ilə Volodimir Zelenskiyə ərazilərin itirilməsi hesabına olsa da belə bu sülh planını qəbul etdirməyə çalışırlar. Amma bu daha çox D.Trampın “dünyada bütün müharibələri bitirən xilaskar” obrazı üçün lazımdır. Çünki bunun başqa adı yoxdur. Ukrayna torpaqlarının itirlməsi ilə nəticələnəcək istənilən qərar Rusiya ilə münasibətlər baxımından Avropanın gələcəyi üçün “ölüm-dirim” məsələsidir. Kim itirib, kim qazanacaq?- onu zaman göstərəcək”.

Ayşən Vəli

Digər xəbərlər