PDF Oxu

Siyasət

  • 1 206

Tramp Avropanı Rusiya ilə müharibəyə sürükləyir...

image

Mətləb Salahov: “ABŞ-ın hazırladığı 28 bəndlik sülh planı “qoca qitə” üçün qəbuledilməzdir”

“Donald Trampın son addımları açıq şəkildə Avropanı Rusiya ilə gələcək müharibəyə sürükləyir. Bu, proqnoz belə deyil, real siyasi situasiyadır. Heç bir avropalı hələ də tarixin yaddaşında “qoca qitənin” maraqlarını tapdalayıb Moskvanın “əlinə işləyən” hansısa ABŞ prezidentini xatırlamır. Artıq D.Trampın komandası açıq-aşkar Ukraynanı tort dilimi kimi bölüşdürərək, birbaşa Avropanın gələcək təhlükəsizliyinə təhdid yaradır. ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffun hazırladığı 28 bəndlik sülh planında yazılanlar gerçəkləşərsə, o zaman Rusiya və Avropa üçün onilliklər davam edəcək münaqişənin bünövrəsi qoyulacaq.”
Bu fikirləri SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. Onun qənaətincə, bu 28 bəndlik plandakı müəddəalar müəyyən mənada Moskvanı qane etsə də, nə Ukraynanın dövlət suverenliyinə, nə də Avropanın gələcək təhlükəsizliyinə cavab vermir. “Diqqət edin: bu planda Ukrayna dilimlərə bölünür, Rusiya yeni ərazilər əldə edir, ələ keçirdiyi torpaqlar qanuniləşdirilir və Moskva Ukraynada Avropaya qarşı bufer zona yaradır. Bu 28 bəndlik sülh planı, Avropa İttifaqı rəhbərlərinin də dedikləri kimi “qoca qitə” üçün qəbuledilməzdir. D.Trampın prezidentliyindən sonra bu cür “sülh planlarının” zibil yeşiyinə atılacağı, yaxud qanlı münaqişələrə səbəb olacağı qaçılmazdır. Çünki real sülh, öz adı ətrafında siyasi şou yaratmaqla deyil, ilk növbədə hər kəsin maraqlarını nəzərə almaqla mümkündür”.

Ayşən Vəli

Digər xəbərlər