PDF Oxu

Siyasət

  • 414

TDT Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər

image

Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının iştirakçıları Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılaraq, məzarı üzərinə gül dəstələri düzülüb.

Zəfər parkına gələn iclas iştirakçıları Zəfər abidəsi önünə əklil qoyaraq şəhidlərimizə ehtiramlarını ifadə edib və Zəfər muzeyi ilə tanış olublar.

Digər xəbərlər