PDF Oxu

Siyasət

  • 1 192

Mingəçevirdə partiya veteranları ilə görüş keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatında partiya veteranları ilə görüş keçirilib.YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev müstəqil Azərbaycanın inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yolundan danışıb. O bildirib ki, Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiyanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu və atılan addımların YAP-ın cəmiyyətdəki mövqeyini daha da gücləndirdiyi qeyd olunub.Sonra partiya veteranları Raya Süleymanovaya, Əli Xəlilova, Allahverdi Alıyeva, Şahin Yusifova və Ramiz Süleymanova fəxri fərman təqdim olunub.

Digər xəbərlər