PDF Oxu

Siyasət

  • 705

Vətən varsa, Ulu Öndər Heydər Əliyev də var! ŞƏRH

image

Tarixdə elə şəxsiyyətlər var ki, onların həyatı və fəaliyyəti təkcə yaşadıqları dövrü deyil, gələcək nəsillərin taleyini də müəyyənləşdirir. Bu şəxsiyyətlərdən biri də müasir, müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevdir. Hər il 12 dekabr tarixi xalqımız tərəfindən dərin ehtiramla anılır. Bu, təkcə bir dövlət xadiminin yox, bütün bir xalqın taleyini dəyişmiş bir öndərin anım günüdür.

1923-cü il mayın 10-da Naxçıvanda anadan olan dahi Öndər Heydər Əliyev, gənclik illərindən dövlətçiliyə bağlı, intellekti və zəhməti ilə seçilən bir şəxsiyyət kimi formalaşdı. 1969-cu ildə Azərbaycan SSR KP MK-nın birinci katibi seçilməsi ilə ölkənin taleyində dönüş başladı. Onun rəhbərliyi ilə Azərbaycan sürətli sosial-iqtisadi inkişafa qədəm qoydu, elm, təhsil, mədəniyyət sahələrində böyük canlanma baş verdi.

2003-cü ilin 12 dekabrında Ulu Öndər Heydər Əliyevin vəfatı bütün xalq üçün ağır, amma birləşdirici bir tarix oldu. Onun xatirəsi bu gün Fəxri xiyabanda əbədi istirahətdə olsa da, qəlblərdə, şüurlarda və dövlətin özündə yaşayır.

Bütün ölkədə abidələr, məktəblər, muzeylər, fondlar, yollar və mərkəzlər onun adını daşıyır. Amma ən böyük abidə müstəqil, güclü, müasir Azərbaycan dövlətidir.

Heydər Əliyevin adı sadəcə bir liderin adı deyil -Azərbaycan dövlətçiliyinin sinonimidir. Onun keçdiyi yol, etdiyi xidmətlər, qoyduğu irs bu xalqın gələcək nəsilləri üçün yol xəritəsidir. O, öz həyatını Vətənə, xalqa həsr etmiş bir fədai idi. Onun haqqında danışmaq -xalqın qürurunu danışmaqdır.12 dekabr təkcə anım günü deyil, Heydər Əliyev yoluna sədaqətin təcəssümüdür. Onun ideyaları yaşayır, çünki Azərbaycan yaşayır! Əbədiyaşar lider Heydər Əliyev!

SSRİ kimi mərkəzləşdirilmiş və sərt ideoloji bir dövlət sistemində Heydər Əliyev milli maraqları müdafiə etməyi bacardı. Azərbaycan gənclərinin Moskvanın ən nüfuzlu təhsil ocaqlarında oxumasına şərait yaratdı, milli kadr siyasəti apardı, mədəni irsimizi qoruyub tanıtmağa çalışdı. 1978-ci ildə Konstitusiyada Azərbaycan dili

nin rəsmi status alması da məhz onun uzaqgörən siyasətinin nəticəsi idi.Müstəqillik dövrü və xilasedici dönüş 1990-cı illərin əvvəlləri Azərbaycanın tarixində ən ağır, faciəli dövr idi.

Ermənistanın təcavüzü, daxildəki hakimiyyət böhranı, separatçılıq meylləri, iqtisadi iflas- xalq ümidsizlik içində idi. Məhz belə bir zamanda xalqın çağırışı ilə 1993-cü ildə Heydər Əliyev yenidən hakimiyyətə gəldi və müstəqil Azərbaycanın sükanı arxasına keçdi. Bu dönüş nöqtəsi oldu.

Onun rəhbərliyi ilə ölkədə sabitlik yaradıldı, ordu quruculuğu gücləndi, xarici siyasət balanslı və çoxşaxəli strategiya üzərində quruldu. Neft strategiyası həyata keçdi "Əsrin müqaviləsi" bağlandı və Azərbaycan dünyanın enerji xəritəsində mühüm mövqeyə sahib oldu.

dahi Öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan dövləti hüquqi, demokratik, dünyəvi və unitar dövlət kimi formalaşdı. Konstitusiyanın qəbul olunması (1995), parlamentin təsis edilməsi, çoxpartiyalı sistemin inkişafı, insan hüquqlarının təmin olunması bütün bunlar Ulu Öndərin siyasi iradəsinin məhsulu idi.

Heydər Əliyev yalnız bir dövlət qurmadı, güclü liderlik məktəbi yaratdı. Bu məktəbin ən parlaq yetirməsi isə onun öz oğludur- Prezident İlham Əliyev.

Əgər Ulu Öndər Heydər Əliyev Azərbaycanı xilas etmişdisə, Prezident İlham Əliyev onu zəfərlə ucaltdı. Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorudu, İlham Əliyev isə bu müstəqilliyi qalib dövlətin qüruru ilə möhkəmləndirdi. Ata və oğulun bu tarixi bağlılığı-Vətəni sevən, xalqına bağlı, güclü dövlət iradəsinin simvoludur.

Bu gün İlham Əliyev atasının siyasi kursunu müasir çağırışlara uyğun, qətiyyətlə davam etdirir. Zəfər yolu, Qarabağın azadlığı, Qayıdış və Böyük Quruculuq -Heydər Əliyev ideyalarının real nəticələridir.Ulu Öndərin ruhu bu gün də xalqın birliyində, dövlətin gücündə, Prezidentinaddımlarında yaşayır.

Heydər Əliyev üçün gənclər də hər zaman prioritet idi. Onun “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” kəlamı, vətənpərvərlik və milli kimlik duyğularını yeni nəslin yaddaşına yazdı. Gənclərin elm, təhsil və idarəetmədə iştirakı, onların xaricdə təhsilə göndərilməsi , bu baxış bu gün də gənclər siyasətinin əsasını təşkil edir.

Heydər Əliyev Azərbaycan xalqının dilinə, dininə, mədəniyyətinə və tarixinə böyük önəm verirdi. Onun təşəbbüsü ilə Muğam, Xalçaçılıq, Şərq musiqisi, xalq ədəbiyyatı dövlət səviyyəsində qorunmağa başlandı. O, həm də böyük şəxsiyyətlərin- Nizami Gəncəvi, Nəsimi, Üzeyir Hacıbəyli, Füzuli və digərlərinin irsini yaşadan dövlət proqramlarının müəllifi idi.

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında müdrik rəhbər, xilaskar lider və əbədiyaşar öndər kimi qalacaq. Onun qurduğu dövlət, yaratdığı dəyərlər və miras qoyduğu ideyalar bu gün də yaşayır və inkişaf edir. Azərbaycan xalqı onu hər zaman sevgi və ehtiramla xatırlayacaq. O, bu torpağın qəlbini duyurdu, xalqının səsini anlayırdı. O, gedəndə yalnız cismani yoxluq yaşandı, amma ruhu bu millətin damarlarında yaşayır. Ulu Öndərə Heydər Əliyev bir tarix deyil o, bu günün və sabahın da nəfəsidir.Vətən varsa - Heydər Əliyev də var

Turanə Orucova,

İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədri

Digər xəbərlər