Gürcüstanın Baş naziri İrakli Kobaxidze BBC-nin Tbilisidə etirazçılara qarşı kimyəvi silahdan istifadəsi edilməsi ilə bağlı araşdırmasını ölkəyə qarşı "hibrid zorakılıq" adlandırıb. İ.Kobaxidze keçirdiyi brifinqdə jurnalistlərə bildirib ki, kifayət qədər dəlil toplanan və qəsdən hərəkətlərinin Gürcüstanın milli maraqlarına, beynəlxalq imicinə və nüfuzuna ciddi ziyan vurduğu və hərəkətlərinin Gürcüstanın dövlət maraqlarını pozmağa yönəldiyi sübut edilən bütün şəxslər və ya qruplar qanunun bütün sərtliyi ilə cəzalancaqlar.İrakli Kobaxidze hesab edir ki, BBC-nin hərəkətlərinin məqsədi Gürcüstanın "sabitliyini və dövlətçiliyini sarsıtmaq" və "uydurma mövzular vasitəsilə cəmiyyətdə daha da qarşıdurma yaratmaq" olub.
Qeyd edək ki, 1 dekabrda BBC etirazçılara qarşı brombenzil siyanidin (kamit) istifadəsini əks etdirən film nümayiş etdiriblər. Bu kimyəvi maddə Birinci Dünya Müharibəsi zamanı istifadə edilmiş və 1930-cu illərdə ağır sağlamlıq nəticələrinə görə tərk edilmiş zəhərli kimyəvi maddədir. Jurnalistlər 2024-cü ilin noyabr-dekabr aylarında kütləvi etirazlar zamanı istifadə edilən su şırnaqlarına kamit əlavə edilmiş ola biləcəyini ehtimal edirlər. Film yaradıcıları bu nəticəyə təhlükəsizlik qüvvələrinin hərəkətlərinin qurbanları, qanun pozuntularını sənədləşdirən Gürcüstan QHT-lərinin nümayəndələri, mitinqlərin dağıdılmasından sonra nümayişçilərin simptomlarını izləyən həkimlər, Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin keçmiş yüksək vəzifəli şəxsləri ilə söhbət etdikdən və satınalma sənədlərini nəzərdən keçirdikdən sonra gəliblər.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) vəzifə səlahiyyətlərindən sui-istifadə və "xarici təşkilata düşmənçilik fəaliyyətində kömək" ilə bağlı istintaqa başlayıb.
Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama yayaraq bəyan edib ki, Gürcüstan Daxili İşlər Nazirliyi heç vaxt kamit almayıb və nümayişçilərə qarşı qadağan olunmuş maddələrlərdən istifadə etməyib.
İlham